ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı saxlanıldı

Türkiyə-Suriya sərhəddində İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 4 azərbaycanlı saxlanılıb.

Qafqaz mədəniyyət mərkəzi” anspress-ə istinadən xəbər verir ki, bu barədə xəbəri life-news yayıb.

Xəbərdə bildirilir ki, Türkiyə-Suriya sərhəddində sərhəddi qanunsuz olaraq keçmək istəyən bir qrup ələ keçirilib. Yaxalanan 18 nəfərdən 4-ü kişi, 6-sı qadın, 8-i isə uşaqdır. Qrupda olanlardan 13-ünün Rusiya, 4-nünü Azərbaycan vətəndaşı olduğu bildirilir.

Onların arasında Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ xüsusi xidmətlərinin axtardığı rusiyalı yeniyetmə Varvara Karaulava da var. Varvara 28 may tarixindən evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Azərbaycan vətəndaşlarının kimliyi açıqlanmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button