ArxivXəbər lentiXəbərlər

İmam Əlini (ə) təhqir edən Fox.TV-yə cəza verildi

Türkiyə Radio və Televiziya Şurası Fox.TV-ni cəzalandırıb
İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə Radio və Televiziya Şurası Fox.TV-də fevralın 26-da yayımlanan “Unutma Beni” adlı teleserialda meymun oyuncağa Əli adının verilməsini İslam üçün əvəzedilməz şəxsiyyət olan İmam Əliyə (ə) təhqir kimi qiymətləndirərək, sözü gedən televiziya kanalına sanksiya tətbiqinə qərar verib. Televiziya Şurası tərəfindən yayımların cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd olmayacağına dair 6112 saylı qanunun 8/1/f maddəsinin pozulduğu qənaətinə gəlindiyi qeyd edilib. Xatırladaq ki, sözü gedən hadisəyə görə minlərlə müsəlman Fox.TV-nin qarşısında toplanaraq, televiziyaya etirazını bildirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button