ArxivXəbər lentiXəbərlər

İçərişəhər “Cümə” məscidinin dini icması məhərrəmliklə bağlı mərasimlərə başladı

Məhərrəm ayının daxil olması ilə əlaqədar, İçərişəhər “Cümə” məscidinin dini icması əzadarlıq mərasimlərinə başlamışdır. Məhərrəm ayının ilk ongünlüyündə ardıcıl keçirilməsi nəzərdə tutulan bu mərasimlər, artıq ənənəvi hal almışdır.

Cəmlə namaz qılınandan sonra, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu xütbəyə başlamışdır. Xətib, öz bəhsində ilk ongünlüyün mahiyyətinə və keçirilmə ədəbinə, habelə Kərbəla və Aşuradan dərslərə toxunmuşdur: “Əba Əbdillahın (ə) Aşura günü yeganə bir məqsədi var idi – İslamı diri saxlamaq. Bütün Kərbəlanın mahiyyəti bu məsələnin içərisində yer tapıb. Ona görə də, Əba Əbdillahın (ə) Kərbəla məktəbinin yaşadılması da əslində İslamın diri saxlanmasına xidmət edir. Minbərlər, mərsiyələr, rövzələr, İmam Hüseynin (ə) əzadarlıqları tək bu məqsədə xidmət etməlidir”.

Xətib xüsusilə Kərbəlanın önəmli dərslərindən biri olan – imtina mövzusuna da toxundu:“Kərbəla məktəbinin düzgün yaşadılması üçün bu məktəbin verdiyi dərsləri öyrənmək lazımdır. Bu dərslərdən biri də – imtinadır. İmam Hüseyn (ə) Aşura günü Kərbəlada Allahın razılığı olmayan hər bir şeydən imtina etdi. Mədinədən yola çıxarkən bu dərsi artıq verməyə başladı. Allah yolunda hər şeydən imtina etdi. Yalnız Allah üçün olmağı prioritet tutaraq, digər bütün məsələlərdən imtina etdi. Həqiqi Hüseyn (ə) əzadarı məhz bu dərsi yaxşı öyrənməli və həyatında tətbiq etməlidir. Şeytanın (lən) vəsvəsələrindən, nəfsinin istəklərindən imtina etməlidir”.

Daha sonra “Əhli-beyt (ə) aşiqləri” dini-yaradıcılıq qrupunun ifasında mərsiyələr səsləndirilmiş, əzadarlıq mərasimi keçirilmişdir.

Məclis, cəmlə “Fərəc” duasının oxunması ilə yekunlaşmışdır.

İçərişəhər “Cümə” məscidinin dini icması məhərrəmliklə bağlı mərasimlərə başladı

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button