ArxivIslammədəniyyatQarabağŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Ali Rəhbəri: ABŞ üzərinə düşən öhdəliyi yerinə yetirmirsə, İran da öhdəliyini yerinə yetirməyəcək

ABŞ müqaviləyə əsasən üzərinə düşən öhdəliyini yerinə yetirmirsə, onda İran da götürdüyü öhdəliyi yerinə yetirməyəcək. Bunun heç bir əhəmiyyəti yoxdur.

 bu sözləri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi dövlət televiziyası vasitəsilə xalqa müraciətində deyib.

Ali Rəhbər bildirib ki, Qərb İrana qarşı tətbiq olunan qanunsuz iqtisadi sanksiyaları aradan qaldırmalıdır. Lakin İran Qərbə arxayın ola bilməz. Bəlkə onlar heç sanksiyaları ləğv etməyəcəklər? O zaman İran nə etməlidir? Ona görə İran elə bir rəqabətədavamlı iqtisadiyyat qurmalıdır ki, sanksiyaların mənası və əhəmiyyəti qalmasın.

İranın raket proqramına toxunan Ali Rəhbər diqqətə çatdırıb ki, bu proqram davam etdirilməli və ölkənin müdafiə qabiliyyəti gücləndirilməlidir. Tarix İrana göstərib ki, o, hərbi qüdrətini mütləq artırmalıdır.

ABŞ-da Konqres binasına silahlı hücuma toxunan Ayətullah Əli Xamneyi bunu rüsvayçılıq adlandırıb və ABŞ demokratiyasının süquta uğradığını diqqətə çatdırıb.

Ali Rəhbər qeyd edib ki, İran regionda və dünyada daim sülhün və əmin-amanlığın hökm sürməsinə çalışır, heç bir müharibə istəmir. Lakin İrana qarşı müdaxilə və təcavüzlər də cavabsız qalmayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button