ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbildəki şirkətlər Qarabağın bərpasında iştirak etməyə hazırdır

Ərdəbildə fəaliyyət göstərən şirkətlər işğaldan azad edilən Qarabağın bərpasında iştirak etməyə hazırdır.

bu sözləri Ərdəbil Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Hüseyn Pirmüəzzin deyib. O bildirib ki, yaxın vaxtlarda İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyanın iclası keçiriləcək. Qarabağın bərpasında iştirak etmək istəyən şirkətlərin siyahısı və hansı işləri həyata keçirəcəkləri haqqında məlumat komissiyaya təqdim ediləcək.

H.Pirmüəzzin diqqətə çatdırıb ki, kənd təsərrüfatı məhsullarının becərməsi və istehsalında Ərdəbil şirkətləri böyük təcrübəyə malikdir. Uzun müddət istifadəsiz qalan torpaqların becərilməsi tərəflər üçün faydalı olar və bölgənin kənd təsərrüfatı sektoru dirçələr.

Palata sədri birgə investisiya qoyuluşuna toxunub və qeyd edib ki, investisiya yatırmaq istəyən şirkət və qruplar komissiyaya təqdim olunmalı və müzakirə edilərək qərar verilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button