ArxivXəbər lentiXəbərlər

“İran istəsəydi çoxdan İsraili məhv edərdi” – Con Kerri

“İsraili məhv etmək istəsəydilər, o zaman yəhudi dövləti artıq xəritədə olmazdı”

ABŞ dövlət katibi Con Kerri İranın həqiqətən İsraili məhv etməyə can atmasına şübhəsini ifadə edib, belə ki, İran hələ bir dəfə olsun belə yəhudi dövlətini yer üzündən silmək üçün fəal tədbirlər həyata keçirməyib.

BU sözləri Con Kerri çərşənbə günü The Atlantic jurnalında dərc edilən Ceffri Qoldberqə müsahibəsində söyləyib.

İnterAz-ın “MiGnews.com”a istinadla verdiyi xəbərə görə, bundan başqa Kerri İranın nüvə anlaşmasını İsrail meylli adlandırıb və əgər Konqres İranın atom problemi üzrə səsverməni rədd edərsə, bu yalnız Tehranın Vaşinqtona etibarını sarsıdacaq. İranın İsrailə düşmənçiliyi barədə suala isə o cavab verib ki, əgər iranlılar İsraili məhv etmək istəsəydilər, o zaman yəhudi dövləti artıq xəritədə olmazdı.

“Hazırda onlar fundamental ideoloji qarşı durma aparırlar. Real fəaliyyət barədə danışarkən, mən sizə nə deyəcəyimi bilmirəm. Mən bu barədə danışan heç nə müşahidə etmirəm – onlarda İsrailə tuşlanan 80 min “Hizbullah” raketi var və onların raketlərdən istifadə etmək üçün çoxlu imkanları olub. Onlar bomba yaratmayıblar. Halbuki 10-12 bomba yaratmaq üçün resursları kifayət edir. Onlar heç vaxt bomba yaratmağa hətta cəhd göstərməyəcəklərinə dair anlaşma imzalayıblar, bizdə isə onların sözlərinə sadiq qalıb-qalmadıqlarını öyrənmək üçün mexanizm var. Bu səbəbdən bu mövzuda uzun-uzadı diskussiya aparmaq istəmirəm – bu boşuna vaxt itkisidir”, – deyə ABŞ Dövlət Departamenti rəhbəri bildirib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button