ArxivXəbər lentiXəbərlər

İran və Rusiya mədəniyyət nazirləri qarşılıqlı əlaqələrin genişləndirilməsini vurğulayıblar

İran İslam Respublikası və Rusiya mədəniyyət nazirləri iki ölkə arasında müxtəlif mədəni sahələrdə əlaqələrin daha da genişləndirilməsinə çağırıblar.

İRNA-nın verdiyi məlumata görə, mədəni tədbirdə iştirak etmək üçün Rusiyanın Sankt Peterburq şəhərində səfərdə olan İranın mədəniyyət və islami irşad naziri seyid Abbas Salehi tədbirin açılış mərasimində iştirakdan sonra öz rusiyalı həmkarı Vladimir Medinski ilə görüşündə iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etməkdə olduğunu bildirib.

Salehi Rusiya dövlətinə İranın mədəniyyət həftəsini keçirdiyinə görə öz təşəkkürünü bildirərək gələn il də İranda Rusiyanın mədəniyyət həftəsinin keçiriləcəyinə ümidvar olduğunu deyib. 

Görüşdə Rusiya mədəniyyət naziri Vladimir Medinski də iranlı həmkarına 7-ci Sankt Peterburq beynəlxalq mədəniyyət konfransında iştirakına görə öz təşəkkürünü bildirərək ölkəsinin İran ilə əlaqələri gün-gündən genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. 

7-ci Sankt Peterburq beynəlxalq mədəniyyət konfransı dünən öz işinə başlayıb və üç gün davam edəcək. Tədbirdə bir çox ölkənin mədəniyyət nazirləri və beynəlxalq təşkilatların mədəniyyət üzrə nümayəndələri iştirak edirlər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button