ArxivXəbər lentiXəbərlər

Gürcüstan və İranla sərhəddə miqrasiya xidmət bölmələri yaradılacaq

“Yaxın zamanlarda Gürcüstanla sərhəddə yerləşən “Sınıq körpü” və İranla sərhəddə olan “Astara” sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya xidmət bölmələri fəaliyyətə başlayacaq”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O bildirib ki, bu bölmələr insanların sərhəddən daha rahat və sürətli giriş-çıxış etməsini təmin edəcək: “Bu xidmət bölmələrindən həmçinin sərhəddə yaxın kəndlərin sakinləri istifadə edəcək. Hazırda həmin bölmələrdə vətəndaşlara Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olan 4 xidmət göstərilir. Gələcəkdə bu proses uğurlu alınarsa, gələcəkdə digər müraciətlər də bu xidmət bölmələrinə daxil edilə bilər”./Report

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button