AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

İran Gömrük İdarəsi: Hərbi yüklərin İran marşrutu ilə tranzitinə icazə vermirik

İki qonşu ölkə Azərbaycan və Ermənistan arasında münaqişə yaranması, İran İslam Respublikasının tərəfləri təmkinli olmağa dəvət etməsi, habelə BMT-nin sülh və əmin-amanlıq yaranması barədə Bəyannaməsinə diqqət etməklə İran İslam Respublikası Gömrük İdarəsi bu ölkədən münaqişə yaşanan iki ölkəyə hər hansı silah və hərbi xarakterli yüklərin tranzit edilməsinə icazə verməyəcək.

Qafqaz Həqiqətləri xəbər verir ki, İran İslam Respublikası Gömrük İdarəsinin mətbuat katibi Seyid Ruhullah Lətifi vitural aləmdə və bir sıra medialarda İrandan hərbi texnika tranzit edilməsi barədə yayılan şayiələrə müasibət bildirərək deyib: “Gömrük İdarəsi İran İslam Respublikasının regional siyasətlərinə, xüsusilə də qonşu ölkələrə olan xüsusi diqqətinə və yaxşı qonşuluq prinsipinə və gərginliyin azaldılmasında fəal iştirak istiqamətində apardığı siyasətə əsasən, İran İslam Respublikası marşrutu ilə silah və hərbi xarakterli yüklərin tranzitinə icazə vermir.”

Seyid Ruhullah əlavə edib: “İran İslam Respublikası rəsmiləri həmişə bu iki ölkə arasında danışıqları böhrandan çıxışın ən yaxşı həll yolu biliblər, müharibə odunun alovlanmasını münaqişə tərəflərinin və qonşuların heç birinin xeyrinə hesab etməyiblər, bu istiqamətdə İran İslam Respublikasınn xarici siyasət prinsipləri əsasında və beynəlxalq qanunlar çərçivəsində gərginliyin azaldılması, sülh və əmin-amanlığın qorunması üçün bütün təlaşlarını göstərəcəklər.”

Gömrük İdarəsinin mətbuat katibi vurğulayıb: “İran İslam Respublikası dəqiq gömrük nəzarəti, keçid yüklərinin kontrolu, yüklərin tranziti prosesinə daha artıq həssas olmaqla yanaşı münaqişə tərəflərinə silah və hərbi xarakterli yüklərin daşınmasına icazə verməyəcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button