ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında elektrik mübadiləsi həyata keçirilir

İran İslam Respublikası energetika naziri Azərbaycan Respublikası ilə 800 meqavat elektrik enerjisinin mübadiləsinə imkan yarandığını bildirərək deyib: Planlaşdırmalara əsasən cari il yay mövsumundan sonra bu potensialdan istifadə olunmağa başlanacaq.

Rza Ərdəkanian  dünən Tehranda Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov ilə görüşünün kənarında deyib: İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına səfərindən bir aydan az bir müddət sonra Azərbaycan tərəfi ilə elektrik enerjisi mübadiləsi mövzusunda bir müqavilə imzaladıq. Bu müqaviləyə əsasən cari il yay mövsumundə İranda elektrik enerjisinə tələbatın artdığını nəzərə alaraq Azərbaycan Respublikasından 180 meqavat elektrik enerjisinin idxalına başlanacaq.

İran və Azərbaycan prezidentlərinin iştirakı ilə son Bakı görüşündə iki ölkə arasında 8 əməkdaşlıq sənədi imzalanmışdı.

İİR energetika naziri deyib: Bərpa olunan enerji növləri, daş yanacaq və istilik enerjisi barədə də Azərbaycan tərəfi ilə səmərəli müzakirələr aparılıb və qərara alınıb ki, Azərbaycan Respublikasından texniki heyət tezliklə iranlı qruplarla müzakirələrə başlasın.

İİR ötən ildə Azərbaycan Respublikası, Pakistan, Əfqanıstan,Türkmənistan, Ermənistan, Türkiyə və İraqa 6 milyard 7 milyon kilovat saat elektrik enerjisi ixrac edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button