İran prezidenti mühasirədə olan Qəzzə zolağında baş verən hadisələrlə bağlı Ərəb Liqası-İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün şənbə günü səhər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə gedib.
O, sammit çərçivəsində vəliəhd Məhəmməd bin Salman ilə görüşüb və onunla ikitərəfli danışıqlar aparıb. Həmçinin həmçinin misirli həmkarı Əbdülfəttah Əs-Sisi ilə də müzakirələr aparıb.