ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdoğan: İsrail ordusunun Qəzzəyə hücumları dayandırılmalıdır

Rəcəb Tayyib Ərdoğan deyib: “ABŞ və Qərb insan haqlarının müdafiəçisi olduqlarını iddia edirlər, lakin təəssüf ki, İsrailin hərəkətləri qarşısında bunu unudublar. Qərb ölkələrinin bu qətiam qarşısında səssiz qalması utancvericidir”.
Türkiyə prezidenti xəstəxanaların, ibadət yerlərinin, məktəblərin, qaçqın düşərgələrinin və təcili yardım maşınlarının bombalandığı, təhlükəsiz bölgələrə köç edən dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi tarixdə görünməmiş vəhşiliklərlə qarşı-qarşıya olduğumuzu bəyan edərək, deyib: “Qəzzənin yenidən ayağa qalxması üçün İslam Əməkdaşlıq Təşkilatı maliyyə qurumu yaratmalıdır”.
Qərb ölkələrinin atəşkəs çağırışı belə etmədiyini ifadə edən Ərdoğan əlavə edib: “Müvəqqəti deyil, ümumi atəşkəs əldə edilməlidir. İsrail bəşəriyyətə qarşı törətdiyi qətllərə görə cavab verməlidir və bunu İnsan Haqları Şurası və Beynəlxalq Cinayət Məhkəməsi etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button