Aktual

Qəbələdə kəndli etirazı

 İyunun 28-i saat 10:00 radələrində Qəbələ rayonu Laza kəndinin 50 nəfərə yaxın sakini Rayon İcra Hakimiyyətinin qarşısına gələrək etiraz ediblər. Onlar icra başçısı Səbuhi Məmmədovdan qəbul edilmələrini istəyiblər. İcra başçısı onlardan beş nəfəri qəbul edib.
Kənd nümayəndələri icra başçısı ilə görüşü jurnalistlərin lentə almasına razılıq verməyiblər. Bildiriblər ki, görüşün nəticəsi olmasa, onda mətbuata üz tutacaqlar.
Sakinlərdən biri isə “Azadlıq” qəzetinin əməkdaşına deyib ki, Laza kəndini Qəbələnin keçmiş, Ağdaşın isə indiki icra başçısı Tofiq İbrahimov zəbt edib: “13 hektar ərazi tanımadığımız adamın adına rəsmiləşdirilib. Bizləri dədə-baba torpaqlarımızda rahat hərəkət etməyə qoymurlar, kəndə gedən yolların əksəriyyəti setka ilə əhatəyə alınıb. Mal-qara, qoyun-quzu saxlamağa imkan vermirlər. İkinci Naxçıvan yaradıblar. Örüşlərimizdən istifadə edə bilmirik. Deyirlər nəyiniz var, satın, çıxın burdan. Küsnət kəndi kimi, buranı da köçürmək istəyirlər. Yüksək çinli məmurların torpaqlarımıza gözü düşüb. Keçmiş başçı Tofiq İbrahimov qohumu Kəmaləddin Heydərova arxalanıb rayonda at oynadır. Zəbt etdiyi o ərazidə də böyük istirahət mərkəzi və otel tikdirmək istəyir. Dinən kimi polisə aparılır, güya vəzifəli şəxslərin işlərinə müdaxilə etdiyimizə görə 100-200 manat cərimə olunuruq”.
Kənd sakini deyib ki, problemlə bağlı dəfələrlə icra başçısı Səbuhi Məmmədova müraciət ediblər, amma nəticəsi olmayıb. İcra başçısı bu dəfə də sakinlərdən 1 həftə vaxt istəyib. Sakinlər isə 3 ildir davam edən bu vəziyyətdən cana doyub. Sakinlərin sözlərinə görə, vəziyyətdən rayonun qeyri-rəsmi kuratoru Kəmaləddin Heydərovun da, onun atası, bu rayondan deputat Fəttah Heydərovun da xəbəri var. Kən camaatı hüquqlarını qorumaq üçün sonadək mübarizə aparmaq əzmindədir.(azadlıq)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button