AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Netanyahunun Bakıya səfəri münasibətilə Mühəqqiq Ərdəbili Universitetində “Nəhs görüş” adlı toplantı keçirilib

Qafqaz Mədəniyyət Mərkəzi, Azərbaycan Mədəniyyət Genişlənməsi Ofisi və Mühəqqiq Ərdəbili Universitetinin təşəbbüsü “Nəhs görüş” adlı toplantı keçirilib. Ədəbiyyat və Humanitar Elmlər İnstitutunun amfiteatr salonunda baş tutan toplantıya M. Ərdəbili Universitetinin müəllim və tələbələri də qatılıb.
Qafqaz Mədəniyyət Mərkəzi – Toplantı Qurani-məciddən bir neçə ayənin tilavət olunması ilə başlayıb. Sonra iclasın aparıcısı doktor Fəthi iştirakçıları salamlayıb, Azərbaycan Respublikasını hazırkı durumu, bu ölkənin sionist rejimin baş nazirini səfərə dəvət etməsi və bunun Azərbaycan R-sı üçün hansı nəticələr verəcəyi barədə toplantı iştirakçılarına məlumat verib. Sonra isə toplantının əsas natiqi doktor Nəvaxti Müqəddəmi çıxış etməyə dəvət edib.
Doktor Nəvaxti Müqəddəm sionist rejimin baş nazirinin Azərbaycan Respublikasına səfəri və Qafqazdakı məqsədləri haqqında açıqlama verərək deyib: “Qafqaz, dünyada təhlükəsizlik regionlarından biri sayılır və özünün siyasətləri vardır. Necə ki, bu regionda İran İslam Respublikasının özünəməxsus modeldə əməl edir, Azərbaycan Respublikası ayrı formada, digər ölkələr də bir ayrı şəkildə. Ona görə də Qafqaza daxil olmaq istəyən ölkələr öz xarici siyasətlərinin bir ayrı növü və tələblərə uyğun olaraq burada əməl etməlidir. NATO-nun müxtəlif ölkələrdə hüzuru olduğu, ancaq bu regionda tam ayrı bir şəkildə rəftar göstərdiyi kimi. Mənə belə gəlir ki, Azərbaycan Respublikasının siyasətçiləri hansı zaman və məkanda olduqlarını bilmirlər. Ona görə də ağıllı bir siyasət məntiqini bacarmırlar. Onların əksinə olaraq sionist rejiminin xarici siyasətini idarə edənlər öz məqsədlərinə harada yetişə biləcəklərini yaxşı başa düşürlər. Onlar anlayırlar ki, artıq müharibə ilə öz məqsədlərimizə nail ola bilmərik. Bu səbəbdən də mədəniyyət və demokratiya şüarı ilə digər ölkələrə nüfuz edirlər. Ancaq mənim fikrimcə, onlar Azərbaycan barədə yanılırlar. Sionistlər, əhalisini ümumi olaraq şiələr təşkil edən bir ölkədə yalançı demokratik şüarlarla öz nəhs məqsədlərinə çata bilməzlər. Çünki Azərbaycan Respublikasında şiəlik tarixi strukturu olan bir məzhəbdir və insanın təsəvvür və məlumatından ayrılmazdır. Ona görə də bu məsələ sionist rejimin strateji səhvlərindən sayılır”.
Doktor Müqəddəm çıxışının davamında deyib: “Mən əminəm ki, Netanyahu Azərbaycanın dövlət rəsmiləri ilə görüşündə onlara vəd edəcək ki, əgər mənim ardımca getsəniz, Rusiya, İran və Ermənistanın öhdəsindən gələ biləcəksiniz. Mən belə düşünürəm ki, Azərbaycanın hazırkı xarici siyasəti uşaq siyasətidir”.
Toplantının natiqi pantürkçülərə səslənərək deyib: “Əgər sizin doğrudan da qeyrətiniz varsa, bilin ki, İlham Əliyevin bu hərəkəti Azərbaycanın əldən çıxması və Qafqazda ikinci İsrail yaradılmasıdır. Doğrudan da cürətiniz çatırsa, gəlin bu məsələdə Azərbaycanın maraqlarını müdafiə edin. Nəinki, televiziyadan yayımlanan puç bir şeyə görə hay-küy yaradasınız”.
N. Müqəddəm vurğulayıb: “Sionist rejimin Azərbaycan Respublikasında zahiri məqsədləri, mədəni məqsədlərdir. Azərbaycan Respublikası özü də bu bəhanə və multikulturalizm devizi ilə İsraillə münasibət qurmaq ardıncadır. Onlar belə düşünür ki, bugünkü dünya dinlər və məzhəblər müharibəsidir və onlar bu mərhələdən təhlükəsiz ötüb keçiblər. Ona görə də öz yəhudi qardaşları ilə İsraildə qardaşlıq əqdi bağlamaq niyyətindədirlər. Bu davranışın siyasi məqsədləri vardır və o da israili mühasirədən çıxarmaqdır. Sionistlər Azərbaycan Respublikası, Türkmənistan, Pakistan və s. kimi ölkələrlə dostluq və müttəfiqlik yaratmaq ardıncadırlar ki, özlərini hazırkı təcriddən xilas etsinlər. Sionist rejimi düşünür ki, Azərbaycan Respublikasında öz nüfuzunu gücləndirə bilərsə, regionda hər bir istəyinə nail ola bilər. Onların ixtiyarında müasir hərbi texnikalar olduğu üçün elə sanırlar ki, əgər Azərbaycanın neft və digər ehtiyatlarını ələ keçirə bilsələr, artıq regionda istədikləri məqsədlərə çatacaqlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button