ArxivXəbər lentiXəbərlər

Ərdəbil yazıçıları və incəsənət xadimləri Netanyahunun Bakıya səfərinə etiraz edib

Ərdəbil yazıçıları və incəsənət xadimləri bəyanat yayaraq sionist rejimin Azərbaycan Respublikasına səfərinə etirazlarını bildiriblər.
Qafqaz Mədəniyyət Mərkəzi – Redaksiyamızın Ərdəbil Əyaləti İncəsənət Dairəsinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə bəyanatda qeyd edilir: “Sonsuz təəssüflə, Qüdsü işğal edən sionist rejimin baş nazirinin Azərbaycana səfər edəcəyi xəbəri İranın və dünyanın müsəlman azərilərinin narahatlıq və ağrısına səbəb olmuşdur”.
Bəyanatın digər bir hissəsində deyilir: “Uşaq qatili olan bu sionizm cəlladı illərdir ki, Fələstində, Livanda və Suriyada müsəlman bacı-qardaşlarımızın qanını tökür, müsəlmanların torpaqlarını qəsb etməklə qondarma rejimin içiboş təbilinə döyür. Ona görə də onunla münasibət şeytanla yoldaşlıq etmək, qəsbkar və qaniçən rejimin əli ilə məzlumcasına qətlə yetirilmiş minlərlə müsəlman şəhidinə xəyanətdir.
İran İslam Respublikasının İslam dünyasının nümayəndəsi kimi İsrailin və dünya sionizminin zülm və təcavüzü qarşısında mərdanə dayandığı, müsəlmanların məzlumluğunu müdafiə etdiyinə görə mübarizə cəbhəsinin ön xəttində müqavimət göstərdiyi bir surətdə İsrailin baş nazirinin qardaş, müsəlman və qonşu ölkə olan Azərbaycana səfəri təəccüb və təəssüf doğurur.
Biz Ərdəbilli yazıçılar və incəsənət xadimləri bu səfəri pisləyir və bildiririk ki, İsrail Knesseti sədrinin etiraf etdiyi kimi İsrail, İrana zərbə vurmaq və bu ölkə ilə düşmənlik etmək üçün Azərbaycan Respublikası ilə münasibət qurmaq ardıncadır. Bu yolla İrana qarşı casusluq və daxili işlərinə müdaxilə etmək istəyir. Yoxsa bu qaniçən rejim Azərbaycanın məzlum xalqının maraqlarını düşünmür və digər müsəlmanlara nifrət etdiyi kimi onlara da nifrət edir.
Bəyanatın sonunda vurğulanır: “Biz azəri qardaşlarımızın qeyrət, islami təfəkkür, şiəlik coşğunluğunu tanıyırıq və əminik ki, onlar özləri müsəlman dünyasının, İran və Azərbaycanın müsəlman azərilərinin ortaq düşməninə necə cavab vermək lazım olduğunu yaxşı bilirlər və qəsbkar rejimin məkirli planlarını nakam qoyacaqlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button