ArxivXəbər lentiXəbərlər

İsrail Knessetin rəhbərinin Azərbaycanla bağlı fikirləri – Açıqlama

İsrail Knessetin rəhbəri Yuli-Yoel Edelşteyn Azərbaycanla bağlı fikirlərini açıqlayıb

İsrail Knessetin spikeri Yuli-Yoel Edelşteyn Azərbaycanla bağlı maraqlı açıqlamaları ilə gündəmə gəlib.

İslamazeri.az xəbər verir ki, bu barədə “Breaking İsrael news” saytına verdiyi müsahibəsində Edelşteyn deyib: “Bildiyiniz kimi Azərbaycanda yaşayan yəhudilər SSRİ-nin ən mühüm yəhudiləri hesab olunur. Onlar 1988-ci ildə İsrailə köçdülər. Belə ki, bugünədək İsraildə 100 min azərbaycanlı yəhudi yaşayır. Biz ərəb ölkələrindən əlavə, digər ölkələrlə də koalisiyalar yaratmalıyıq. Bir çox məsələ var ki, İsrail onları Azərbaycanla əlaqələrini möhkəmlətməklə həll etmək niyyətindədir. Qafqazda olan yəhudilərin təhlükəsizliyini təmin etmək, Azərbaycanın geopolitik mövqeyindən, neft və qaz ehtiyatlarından istifadə etmək, Rusiya və İsraillə düşmən olan digər qruplara nəzarət etmək nəzərdə tutduğumuz məsələlərdəndir. İlham Əliyev və həyat yoldaşının gözəl niyyətləri səbəb olub ki, biz iqtisadi layihələrimizi bu ölkədə həyata keçirmək qənaətinə gələk. Digər tərəfdən Azərbaycanın mülkiyyətinin əksəriyyəti İsrail banklarında yer alır. Bu iki tərəfin bir-birinə olan güvəninin göstəricisidir. Bakı- Tel-Əvivin hərbi və təhlükəsizlik həmkarlıqları iki ölkəni təhdid edən təhlükələrin aradan getməsinə səbəb olacaq. İsrail Azərbaycandan əlavə mərkəzi Asiyada Özbəkistan kimi bir ölkəylə müttəfiq halına gəlmişdir. Biz Azərbaycanla olan əlaqələrimizi ən yüksək səviyyəyə daşımaq niyyətindəyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button