ArxivXəbərlər

Azərbaycanda Quran müsabiqəsinə start verildi

Azərbaycan üzrə 7-ci Quran Müsabiqəsinə start verilib.

Müsabiqə Ramazan ayından sonra avqust ayından başlayaraq əvvəl rayonlarda, daha sonra sentyabr ayında Bakı və Sumqayıt səhərlərində keçiriləcək. bölgə və şəhərlərdəki müsabiqələrin qalibləri oktyabr ayında keçiriləcək final mərasiminə vəsiqə qazanacaq. Müsabiqə Müqəddəs Qurani-Kərimin qiraəti , hifz və təfsiri üzrə olacaq. Qiraət yarışması bütün təcvid qaydaları riayət olunmaqla və gözəl avazla oxunmaqla icra edilməlidir. Hifz yarışması Müqəddəs Qurani-Kərimin 30-cu cüzündən olacaq.Təfsir müsabiqəsinə qatılmaq istəyənlər “Məaric” surəsindən hazırlaşmalıdırlar. Müsabiqəni Quransevərlər Dini İcmasının münsiflər heyəti idarə edir. Münsiflər heyəti Azərbaycanın tanınmış Quran müəllim və mütəxəssislərindən ibarətdir./qafqazinfo/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button