Arxiv

Az.R-da dini ekspertin iddiası

Əziz İslam Peyğəmbəri (s)-in rehləti və İmam Həsən Müctaba(ə)-in şəhadətinin ildönümü günü ilə eyni zamanda Bakı hakimiyyətinə bağlı olan bəzi ictimai şəbəkələr və medialar Az.R-nın müsəlman xalqından istəyiblərki, yeni xristian ilinin təbrik mərasimləri və şənliklərinin keçirilməsində fəal iştirak etsinlər.

Az.R xalqını, yeni xristian ili şənliklərində iştiraka təşviq etmək elə bir halda baş verir ki, hər il islami bayramlda şənlik etməklə yanaşı iranlıların böyük bayramı olan qədim novruz bayramını da şənlik edirlər.
Eyni halda bəzi dövlət təbliğçiləri özlərinin bütün səylərini həyata keçirirlər ki, vəhhabilik və nurçuluq kimi firqələrin təlimlərini Az.R-nın müsəlman xalqına qəbul etdirib , təlqin etsinlər . Bu arada OXU-Az saytı, sözdə Az.R-da dini məsələlər üzrə ekspert olan Elşad Miri ilə bir müsahibə aparıb.
Elşad Miri müsahibə zamanı bəzi sözlər söyləyibdir ki , islam dini və şiə İsna Əşəri məzhəbi ilə ziddiyyətdədir.
O bu müsahibəsi zamanı iddia edibdir ki, Əziz İslam Peyğəmbəri (s)-in rehlətinin ildönümü üzrə əzadarlıq mərasimlərində iştirak etmək üçün xalqı dəvət etmək puç və mənasızdır və dini məsələlərlə heç bir əlaqəsi yoxdur. Elşad Mirinin iddiasına əsasən , islam dinində əzadarlıq adında bir termin yoxdur. Belə ki, Əziz İslam Peyğəmbəri (s)-in vəfatından sonra hətta o həzrətin övladları və nəvələri də o həzrətə əzadarlıq etmədilər.
Elşad Miri buna görə də Əziz İslam Peyğəmbəri (s)-in zamanında belə bir mərasimin olmamasına görə ,” nə üçün bizim xalqımız bu məsələni təbliğ edirlər?” Sualını ortaya atıb. Elşad Mirinin iddiasına görə , bu hərəkət populistcəsinə və məntiqsiz bir hərəkət olub və dinlə heç bir əlaqəsi yoxdur.
Ekspertlər Az.R-da sözdə dini məsələlər üzrə ekspertin sözlərinin müqəddəs islam dini həqiqətləri ilə ziddiyyətdə olduğunu bildirirlər.
Az.R, 9 milyon nəfər əhaliyə malikdir ki, onun əksəriyyəti müsəlman və cəfəri ya İsna Əşəri şiəsidir. Bu məsələyə rəğmən İlham Əliyev hökuməti vəhhabiçilik və nurçuluq kimi azğın firqələrin təsiri altındadır. Bu elə bir haldadırki , Bakı rəsmiləri təmərküzləşmiş kommunist qərar çıxarma quruluşunun hakimiyyəti dövründə ümumiyyətlə həssas vəzifələrdə idilərki , 1991-ci ilin dekabr ayında Az.R-nın müstəqillik əldə etməsindən sonra bu vəzifələri hələdə qoruyublar .Buna görə də Bakı rəsmilərini keçmiş sovet ittifaqı dövrünün kommunistləri kimi qəbul etmək təbii məsələdir. Xüsusilə ki, bu qrup öz etiqadlarından əl çəkməyib və hələdə onların icrasında israrlıdırlar. Bu keçmişə nəzər saldıqda demək lazımdır ki, İlham Əliyev hökuməti möminləri doğru yoldan yayındırmaq məqsədilə azğın firqələrin təlqinlərindən örnək götürməkdə təmayüllüdür və xalqı bu istiqamətə doğru təşviq edir . Buna görə də , Bakı dövlət rəsmiləri İranda təhsil alan bütün dini tələbələri Az.R məscidlərinin idarəetmə məsuliyyətlərindən kənara qoyublar. Halbuki Rusiya , Ərəbistan və Türkiyədə dini təhsil almış tələbələri məscidləri idarəetmə vəzifələrinə seçiblər.
Həqiqət budur ki, kommunist quruluşları , vəhhabiçilik və nurçuluq firqələrinin nəzarəti altında olan Elşad Miri kimi ekspertlər elə bir iddialar ortaya atırlar ki , müqəddəs islam dininin həqiqətləri ilə ziddiyyətdədir və müqəddəs islam dinindən yayınmaq məqsədini daşıyan bir cəhddir. Misal üçün Elşad Miri Ərəbistan vəhhabilərinə tabe olaraq iddia edibdir ki, İslam dinində insanın ölümündən sonra qüsl etmə , kəfən etmə , cənazəyə namaz qılma və meyiti dəfnetmə kimi işlərə sifariş edilib və meyitin vəfatının üçü , yeddisi , qırxı və ildönümü kimi mərasimlərin keçirilməsi islam dini əsasları ilə heç bir əlaqəsi yoxdur . Bu iddiaların ortaya atılması elə bir haldadır ki, Az.R möminləri müqəddəs islam dini əhkamlarının daha artıq icrasında israrlıdırlar və daim Bakı hakimiyyətindən istəyiblər ki, müşrik və kafir ekspertlər tərəfindən islami məsələlərin ortaya atılmasının qarşısını alsın.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button