ArxivXəbər lentiXəbərlər

İlqar Məmmədovun məhkəməsində iştirak etdiyinə görə 50 manat cərimə edildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov Avrora MMC-nin Şəki filialından işdən çıxarılıb.

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı facebook səhifəsində məlumat verib:

“AXCP-nin Şəki rayon şöbəsi Gənclər Komitəsinin sədri Samir Həsənov Avrora MMC-nin Şəki filialından işdən çıxarılıb. Səbəb eynidir, AXCP-dən istefa vermədiyi üçün…”

Cəbhəçi fəal Samir Həsənov isə səbəbsiz yerə cərimələnməsi haqqında yazıb:

“Salam dostlar üc gündür ki, Şəki icra şöbəsi mənə zəng edir ki, 50 manat cəriməni də. İlqar Məmmədovun məhkəməsində iştirak etdiyim gün məni məhkəmənin önündən apararaq 50 manat cərimə ediblər. Heç bir inzibati qayda və qanunları pozmadığım halda mənə cərimə tətbiq ediblər. İndi də “cəriməni ödə” deyirlər. Ödəmədiyim halda həbs ediləcəyimlə təhdid edirlər”.

Irada Nariman adlı şəxsin şəkli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button