ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İnsan hər bir işin həllində Allaha arxalanmalıdır – Ramazanın 10-cu gününün duası

Bir çox Quran ayələrində, eləcə də hədislərdə Allaha təvəkkül etmək və işlərin həllində ona arxalanmaq mömin insanın əsas xüsusiyyətlərindən biri kimi təqdim olunur…

Bir çox Quran ayələrində, eləcə də hədislərdə Allaha təvəkkül etmək və işlərin həllində ona arxalanmaq mömin insanın əsas xüsusiyyətlərindən biri kimi təqdim olunur.

İnterAz xəbər verir ki, bu gün mübarək Ramazan ayının 10-cu günüdür. Bu ərəfədə, artıq inanclılar orucluğun üçdə bir hissəsini arxada qoymuş və ramazanın mənəvi xassələrini təcrübədən keçirmişlər. Oruc tutan insan ac-susuz qalmaqla yanaşı, mənəvi baxımdan da bir sıra sadə riyazətləri və mənəvi məşqləri sınaqdan keçirmişdir. Bu zəmində imanın güclənməsinə səbəb olan amillərdən biri də inanclının təvəkkül hissi ilə yaşaması, yəni hər bir işin həllində Allaha arxalanması və ümid etmə hissidir.

Bu, ramazan ayının 10-cu gününün duasında da öz əksini tapmışdır:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin.”

Tərcüməsi:

İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button