Xəbərlər

İngiltərə Hicabı bəhanə gətirərək Müsəlman Məktəbin bağlayıb

Müfəttişlərin gəlişindən sonra gözlənilmədən direktor səlahiyyətlərinin icraçısı məktəbi bağlamaq qərarına gəlib. 

Böyük Britaniyanın Derbi şəhərində yerləşən “Əl Mədinə” adlı müsəlman məktəbi bağlanıb. “BBC”nin məlumatına görə, məktəbdə aparılan yoxlamada təhsil ocağında sərt şəkildə şəriət qaydalarının tətbiq olunduğunu aşkarlandığı bildirilir. Yoxlama aparan dövlət qulluqçularını nəyin narahat etdiyi konkret göstərilməsədə, məktəbin direktoru yoxlamaların elə ilk günü başa çatmamış məktəbin bağlandığını elan etməli olub. Məktəb direktoru Stüart Uilson təhsil ocağının saytında yerləşdirdiyi elanda məktəbin təhlükəsizlik və sağlamlıq məsələləri səbəbilə bağlandığını deyib. “Məktəbi onun divarları daxilində olanların tam təhlükəsizliyinə əmin olana kimi bağlanması barədə qərar vermişəm”. Qeyd edək ki, daha öncə adının açıqlanmasını istəməyən bəzi şəxslər məktəbdə qızların arxa partalarda otuzdurulduqlarını, müəllimlər isə dərslərə dinlərindən asılı olmayaraq hicabla gəlməyə vadar edildikləri barədə məlumatlar yayılmışdı. “Əl Mədinə” ötən ilin sentyabrında açılıb və burada tədrisin bütün mərhələlərinin müsəlman qaydalarına uyğun olacağı bildirilmişdi.

abna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button