Şeir

Ey Azəribaycan, niyə dərdin görən olmaz…!?

Ey Azəribaycan, niyə dərdin görən olmaz,
Göz yaşını bilməm niyə aya silən olmaz.
********************************
Baxdıqca gözəl hüsnüvə heyran qalır hər kəs,
Bağrındakı ol yarəni gördüm deyən olmaz.
*********************************
Vurmuş bu gözəl cismüvə biganə cərahət,
Şadlıq edərik,dərdinə dərman edən olmaz.
**********************************
Gülzari-Vətən söyləyir hər kəs bu Vətənçin,
Xar oldu gülüstan, iki güllə çəmən olmaz.
*********************************
Tərsayə dikilmiş Vətənin gözləri heyhat,
Yüz il dedi gözlə sənə çarə həmən olmaz.
********************************
Sülh ilə bu torpaqları almaq bir həvəsdir,
Ömrün boyu gözlə bizə çarə filən olmazə.
*********************************
İtrət qapısın sidq ilə dərk eyləsək hərgah,
Ruzi yeyərik həqq yanında ölən olmaz,
********************************
Yüzlərcə Mübariz kimi övladi- Vətən var.
Beş erməni on rus bizim övladə tən olmaz.
********************************
Bir ömür keçib kor kimi baxdıq Şühədayə,
Dərk etmədik aya bunu başsız bədən olmaz.
**********************************
Bil ki Qarabağ torpağı əldən gedə, Akif,
Beşdən biri getmiş bu Vətəndən Vətən olmaz.

Müəllif: Hacı Akif Tağizadə
Hazırladı: Valeh Tağızadə

nardaranpiri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button