Arxiv

Türkiyədə baş verən son hadisələrin pərdə arxasındakı şəxs

1370011385_photo

Fətullah Gülən kimdir? “Orta İslam” çağırışçısı, yoxsa “Amerika İslamı”nın icraçısı?

“Şəriət” və “dini dövlətin” sıradan çıxarılması belə müsəlmanların xüsusiyyətidir. Fətullah Gülən Amerika tərəfindən “orta yol”u tutmuş müsəlman kimi tanınmaqla yanaşı qərb üçün digər cəhətlərdən də faydalı şəxsdir. Dekabr ayının 20-si bəzi siyasi və iqtisadi rəsmilərin və Rəcəb Təyyib Ərdoğan hökumətinin üç nazirinin övladlarının tutulması xəbəri Türkiyənin siyasi-ictimai fəzasını bulaşdırdı. Həbs olunan şəxslər iqtiasdi fəsad və rüşvət almaqda günahlandırıldılar. Bu şəxslərin dövlətə yaxın olması səbəbindən Ərdoğanın əleyhinə yüksək təzyiq göstərildi və onun istefası istənildi.
Türkiyənin baş naziri baş verənləri “iyrənc əməliyyat” adlandırdı və dedi: Bu hadisələrin dalında duranlar “dövlət daxilində dövlət” yaratmaq fikrindədirlər.
Bu hadisələr ticarət tərəfdarlığı və fəsadla mübarizə iddiasında olan Ərdoğan hakimiyyəti üçün problem hesab olundu.
Ərdoğan son söhbətlərində bəzi ölkələri Türkiyənin daxili işlərinə qatışmaqda ittiham etdi və dövlət əleyhinə olan uyğun senarinin səbəbkarının Amerika olduğunu bildirdi.
Türkiyə siyasi araşdırmaçılarının fikrinə görə polisin uyğun həbslərinin kökündə Ərdoğan dövləti ilə Amerikada yaşayan nüfuzlu müsəlman ruhani Fətullah Gülən arasındakı problemlər dayanıb.

Bəs Fətullah Gülən kimdir?

735405_439272
Vikipedia ensiklopediasında yazılır: Məhəmməd Fətullah Gülən türkiyəli natiq, yazıçı, əxlaq və din elmləri müəllimidir. O öz istəyi ilə olan sürgün nəticəsində Amerikanın Pensilvanya əyalətində yaşayır. Gülən həyatı boyu Səid Nursi adlı İslam aliminin əsərlərinə əsaslanan “Anadolu İslamı” adlı, İslamın yeni versiyasını tədris etməklə məşğul olub. Sülh, razılaşma, yumşaq davranış tərəfdarı olan Gülən təfəkküründə istənilən növ terorizm sərd şəkildə inkar olunur. O İlahi dinlər və Əhli-kitab arsında danışıqlar aparılması tərəfdarıdır; o özü belə danışıqlar üçün dəfələrlə Vatikana və bəzi yəhudi dini mərkəzlərinə səfər edib.

Gülən hərəkatı

29471_src
Gülən öz maddi imkanları vasitəsi ilə 70-ci illərədən başlayaraq xalqa xidmət və tədris üçün xidmət təşkilatları yaradıb. Bu təşkilatlarda xidmət üçün tədricən bir çox şəxslər cəzb edildi və illər ərzində böyük bir mərkəz yarandı. Bu gün “Gülən hərəkatı” kimi tanınan bu çox böyük mərkəz bir çox dünya müsəlmanlarının həmkarlığı ilə idarə olunur. Bu böyük mərkəzin üzvlərinin sayı barəsində müxtəlif ehtimallar var. Uyğun beynəlmiləl projenin həmkarlarının sayı barəsində bir neçə yüz mindən dörd milyonadək etimallar verilib.
Mərkəzdə həmkarlıq edən şəxslər tələbələr, müəllimlər, tacirlər, jurnalistlər və müxtəlif sahələrdə təhsil almış şəxslərdir.

Tədris

Gülən hərəkatının məktəbləri, institutları, müxtəlif müəssisələri, radio və televiziya şəbəkələri var. Gülən hərəkatı daha çox tədris sahəsində fəaliyyət göstərən hərəkat kimi tanınır. 2009-cu ildə məşhur Nyuzvik jurnalı belə bir məlumat verdi ki, hərəkatın üzvləri dünyanın müxtəlif nöqtələrində çoxsaylı tədris mərkəzlərini idarə edirlər, bu məktəblərdə iki milyondan çox şagird yetişdirilib və onların bir çoxu Gülən mərkəzi tərəfindən təqaüd alır. Gülən məktəblərinin sayı barəsində Türkiyədə üç yüz və dünyada mindən çox məktəb təxmin edilib. Bu məktəblər beş qitənin müxtəlif ölkələrində fəaliyyət göstərir, məktəblər ilə və Fətullah Gülən arasında rabitə saxlanılır. Bütün məktəblərdə ingilis dili tədris olunur və bu məktəblərin məzunlarının özəlliklərindən biri ingilis dilini yüksək səviyyədə mənimsəmələridir.

Fətullah Gülənin nəzərdə tutduğu İslam

8474
Türkiyədəki bəzi mənbələr bildirirlər ki, Ədalət və İnkişaf Partiyasının bəzi üzvləri Gülən hərəkatına bağlı şəxslərdir. Gülən orta İslam iddiasında olan bir şəxsdir. Bu orta İslamdan nə nəzərdə tutulduğunu Amerikanın RAND müəssisəsinin verdiyi məlumatlardan öyrənməyimiz daha yaxşı olar. Bu müəssisə 2007-ci ildə orta yolu tutmuş müsəlmanlar barəsində yazır: Bu müsəlmanlar demokratiyanın tərəfdarıdırlar, onlar Amerikanın himayəsinə layiqdirlər. Demokratiya tərəfdarı olamq “İslam dövləti” anlayışı ilə müxalif olmaq deməkdir. Şəriət qanunlarının icrasını kimlər istəyir? Şəriətin mühafizəkarçasına izahı demokratiya və beynəlmiləl insan hüquqları ilə uyğun deyil. Radikal islama qarşı mübarizədə, bütün liberal və modern cəmiyyətlərin əsası olan dünyəvi dəyərlərə sahib orta yolçu, liberal və sekulyar müsəlmanlar qərbin potensial müttəfiqləridir.
Həmin müəssisənin verdiyi məlumata görə Gülən şəriət qanunlarının icrası ilə müxalif, İran dövlətinin tənqidçisi və Amerikanın müttəfiqidir.
Ekonomist qəzeti də 2008-ci il martın 8-i buraxılışında yazır ki, Gülən hərəkatı qərbin bəyəndiyi və dəstəklədiyi bir hərəkatdır.
Belə görünür ki, bir vaxtlar Ədalət və İnkişaf Partiyasının qələbə çalmasını istəyən Gülən, Ərdoğan dövlətinin ölkənin ictimai həyatında İslamın daha çox yer tapmasına səbəb olan siyasi və ictimai islahatlarından o qədər də razı deyil və dövləti öz mövqeyindən çəkindirmək və ya baş nazirin istefası üçün dövlət üçün problem yaratmağa çalışır. Ölkənin məhkəmə və polis sistemində Gülənin böyük nüfuza malik olması səbəbindən Ərdoğan və onun siyasətləri üçün problemlər yarandı.
Unutmamaq lazımdır ki, Gülən Türkiyə səthindən böyük siyasət ilə məşğuldur və bu İran İslam Respublikasından qaynaqlanan siyasi şiə İslamı ilə mübarizədir.

Fəthullah Gülənin yerinə kim keçəcək?

Gülən Camaatının ilk dəfə ictimaiyyət qarşısında bu qədər müzakirə olması səbəbiylə Fəthullah Güləndən sonra yerinə keçəcək şəxsin kim olacağı da müzakirə edilməyə başlandı. Gülənin yerinə keçəcək adla əlaqədar “Milat” qəzetindən İsa Tatlıcak uzun müddət müzakirə olunacaq bir iddia ortaya atdı.

“Gülənin yerinə Abdullah Aymaz keçəcək”
Gülənin İzmir illərində “Mən camaatı iki dəli və bir vəli ilə qurdum” dediyini söyləyirlər. İki “dəlidən” biri Halit Esendir.
İkinci “dəli” isə İlhan İşbilendir. Evləndikdən sonra daha geri planda dayanmağı seçən İşbilen Gülən camaatından AKP-dən İzmir millət vəkili seçilmişdi. Maraqlıdır ki, hələ də istefa vermədi.
Gələk “vəliyə”. Hoca Əfəndinin (Fətullah Gülənin) nəzərdə tutduğu bu vəli Abdullah Aymazdır.

“Hoca Əfəndinin cəsarət edə bilmədiyi kitabların yazıçısıdır”
Aymaz İmam Hatip Liseyi illərində İzmir Şabalıd Bazarı məscidində Fəthullah Gülən ilə tanış olur. Uzun illər “Zaman” qəzetində idari işlər müdiri vəzifəsini yerinə yetirdi. “Saffet Senih” təxəllüsü ilə “Sızıntı”nın ən köhnə yazıçılarından biridir. Mehtap TV və Cihan Radiosunda Risaleyi-Nur söhbətlərinə davam edir. Gülən camaatı içində ən çox kitabı olan şəxslərdəndir. “Risaləyi-Nuru şərh etmək” kimi Fətullah Gülənin belə yazmağa cəsarət edə bilmədiyi mövzularda kitabları var.

1400 məktəbi ziyarət edib
Ən böyük üstünlüyü isə Gülən camaatı, camaata məxsus təşkilatları və camaata aid məktəbləri yaxından tanımasıdır. Dünyanın hər tərəfində qurulmuş 1400 məktəbi ziyarət etdiyi kimi o bölgədəki bürokratlarla da tanış olma imkanı qazanıb.
Camaat – AKP döyüşünün eniş və çıxışlarla davam etdiyi, Gülən camaatının hər gün taktika dəyişdirdiyi, Camaat içi müzakirələrin sürət qazandığı bu günlərdə sabahın nələr gətirəcəyini isə kimsə bilmir.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button