ArxivXəbər lentiXəbərlər

Moskva çirkli pullarını Bakıda yumaq istəyir

“Moskva nə Qarabağ məsələsində, nə də Azərbaycanın Gömrük İttifaqına cəlb edilməsində heç bir şey əldə etmədi”.

Bu sözləri Vəfa Quluzadə Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib. O, Moskvanın Bakı ilə əməkdaşlığa ehtiyacı olduğunu bildirib:

“Soçi görüşləri tamamilə başqa məsələdir. Burada heç bir şey həll olunmadı və demək olar ki, məsələlərin həlli baxımından uğursuzluğa düçar oldu. Moskva nə Qarabağ məsələsində, nə də ki, Azərbaycanın Gömrük İttifaqına cəlb edilməsində heç bir şey əldə etmədi. Rusiya sanksiyaların altında çöküb, ona görə də onun Bakı ilə əməkdaşlığa böyük ehtiyacı var. Məsələn, Azərbaycanın geniş imkanları var. Bunlardan birincisi maliyyə imkanlarıdır. İnvestisiya, rus bankları ilə əməkdaşlıq, eləcə də Rusiyanın çirkli pullarının Azərbaycan bankları vasitəsilə yuyulmasını tələb edəcəklər. Bax, bu cür məsələlərdə Rusiya Bakı ilə əməkdaşlıq etmək istəyir. Əvvəl azərbaycanlıların bazarlarını bağladılar və hər birini ölkədən qovmağa başladılar. İndi bunların yenidən açılmasına diqqət edəcəklər. Yenidən Azərbaycan meyvələri Moskva bazarlarına axışacaq. Bu xırda məsələlərdir. Amma Putin üçün bu, o qədər də xırda məsələ deyil. O biri yandan onlar lovğalıqla bəyan edirlər ki, Əliyevlə Sərksiyan Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsində razılığa gəliblər. Razılığa neçə dəfə gələrlər? Birinci dəfə belə razılığa atəşkəs zamanı gəldilər və o indi də davam edir. Bundan sonra bununla bağlı hansısa razılığa gəlməyə nə ehtiyac var? Bu cür müharibənin davam etməsində ermənilər maraqlı deyillər. Ona görə ki, ermənilər sarsıdıcı zərbələr alacaqlar. Moskva bizim sərhədimizdə deyil, amma İrəvan bizə yaxındır və onu dağıtmağa hər imkanımız var. Soçidən ortalıqda heç bir şey yoxdur və sadəcə, Moskvanın xırda oyunlarıdır. Putin yenə də özünü göstərməyə çalışır ki, bu işdə guya hər şeyi həll edən odur. Amma əslində, belə deyil. Çünki Putin heç bir şeyi həll etmir və etməyəcək”./axar.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button