Aktual

İlahiyyatçı Tale Bağırovla bağlı imzatoplama kampaniyası başlayıb

İlahiyyatçı Tale Bağırovun Hüquqlarını Müdafiə Komitəsi onun azad edilməsi tələbi ilə imzatoplama kampaniyası başladığını elan edib.

Bu barədə ilahiyyatçı Hüquqlarını Müdafiə Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilahiyyatçı öz məqalələrinə, habelə fərqli düşüncələrinə görə işgəncələrə məruz qalır. Taleh Bağırovun Hüquqlarını Müdafiə Komitəsi həmçinin gələcəkdə onu müdafiə aksiyaları keçirməyi nəzərdə tutur.

Xatırladaq ki, bu il martın 31-də həbs edilən ilhahiyyatçı alim Hacı Tale Bağırov və sürücüsü Anar Məlikova 2 ay həbs-qətimkan tədbiri seçilib. Sabunçu rayon məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Tale Bağırov cinayət məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilərək 2 ay müddətinə azadlıqdan məhrum edilib.(SalamNews)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button