ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İslami Cihad: Hersoqun Bəhreynə səfəri Fələstinə xəyanətdir

Qafqaz.ir xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq Silmi sionist rejimin başçısı İshaq Hersoqun Bəhreynə səfərini pisləyib.
“Sawt al-Quds” radiosu Silmiyə istinadən xəbər verir ki, Hersoqun hər hansı ərəb və ya islam ölkəsinə səfəri Fələstin xalqının kürəyinə sancılmış xəncər və ərəb və müsəlman ölkələrinin əsas məsələsi olan Fələstini aşağılamaqdır.
O, vurğulayıb ki, sionist rejim bu cür səfərlərlə öz təcavüzünü, Qüds və İordan çayının qərb sahilinin sakinlərinə qarşı öz qüvvələri tərəfindən artan qətl və cinayətlərini ört-basdır etməyə çalışır.
İslami Cihadın sözçüsü Bəhreyn xalqının bu bədnam səfərə qarşı çıxmasını yüksək qiymətləndirərək, bütün ərəb və islam xalqlarını sionistlərlə münasibətlərin normallaşdırılmasına və sionistlərin ərəb dünyasına nüfuz cəhdlərinə qarşı olduqlarını yüksək səslə bəyan etməyə çağırıb.
Hersoqun səfərinin ardınca Bəhreynin inqilabçı qrupları bir bəyanat dərc edərək bildirmişlər: “Biz işğal rejiminin başçısının uğursuz və arzuolunmaz səfərini şiddətlə pisləyirik. Bu səfər ərəb və müsəlman xalqlarının, xristianların və dünyanın bütün azad insanlarının hisslərini oyadacaq.”
Bəhreynli müxaliflər İsaak Hersoqun səfərinin Ali-Xəlifə rejiminin acizliyinin göstəricisi olduğunu bildiriblər.
Bundan əlavə Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasim də öz “Twitter” səhifəsində yazıb: “Sionist rejim rəhbərinin səfəri Manama rejimi üçün bir ləkə və rüsvayçılıqdır.”
Qeyd edək ki, Hersoqun Manamaya səfəri bu rejim başçısının Bəhreynə ilk rəsmi səfəridir. Hersoqun Bəhreynə səfəri bu ölkənin son günlər anti-sionist etiraz və nümayişlərə şahid olduğu bir vaxta təsadüf edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button