ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sionist səfir Azərbaycan xalqının şüurunu təhqir edib

Corc Dik Azərtac dövlət xəbər agentliyinə müsahibəsində Sionist rejimin Azərbaycan mediasına Holokost və antisemitizm kimi uydurma terminləri sırımağa nail olduğunu göstərən müxbirin sualına belə cavab verib:
“Azərbaycan nadir ölkələrdən biridir ki, burada antisemitizmdən söhbət gedə bilməz. Azərbaycan nadir ölkələrdəndir ki, hər zaman İsrailə xoş münasibət göstərir, Holokost faciəsini hər il qeyd edir.”
Sionist səfir eyni zamanda onu da etiraf edib ki, bu rejimin əsas dəstəkləyənləri olan Avropada belə sözü gedən terminləri uydurma hesab edən və qəbul etməyənlər var.
Sadəcə son bir neçə ay ərzində 26 mindən çox mülki insanı qətlə yetirən cinayətkar rejimin Bakıdakı səfiri bütün dünyanın sionizmə və onun təcəssümü olan İsrail aparteid rejiminə nifrət etdiyinin səbəbini nədənsə başa düşə bilmədiyini deyib:
“Təəssüf ki, dünyada hələ də yəhudi xalqına qarşı kin və nifrət hissləri bəslənilir. Yəhudilərin yaşadıqları evlərin işarələnməsi heç bir məntiqə sığmır. Sanki keçmişə qayıdırıq”,- Saxta rejimin saxtakar səfiri bildirib.
20 yanvardakı paylaşımında Azərbaycan xalqının işğala qarşı qəhrəmancasına mübarizəsini saxta İsrail rejiminin işğalçılığı ilə eyni hesab edən Corc Dik Azərbaycan xalqına qarşı təhqirlərini yenə də davam etdirib.
O Azərbaycan Respublikasının AŞ PA-dan uzaqlaşdırımasına münasibət bildirərkən, elə sionist rejimin də Avropa tərəfindən təzyiqlərə məruz qaldığını uydurub və növbəti saxtakarlığa əl atıb:
“Çox təəssüf ki, iki ölkə olaraq eyni taleyi yaşayırıq. Ümid edirik ki, təzyiqlərdən müdafiə olunmağın mexanizmlərini, yollarını müəyyənləşdirib birgə irəli addımlaya biləcəyik”,- Qəsbkar rejimin səfiri deyib.
Əksəriyyətini qadın və uşaqların təşkil etdiyi 26 mindən çox fələstinlini qırğın edən və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən soyqırımı törətməkdə ittiham olunan cinayətkar rejimin səfiri “İsrail hökuməti Fələstin xalqı ilə deyil, HƏMAS-la müharibə aparır”,-deyə Azərbaycan insanının şüurunu təhqir etmiş olub.
Fələstin torpaqlaırnın işğalı üzərində yaradılan və fəaliyyətə başladığı gündən bir gün belə cinayətlərini dayandırmayan, aparteid rejimi olaraq tanınan qəsbkar rejimin həyasız səfiri “Biz sivil ölkənin vətəndaşları kimi təbii ki, müharibənin dayandırılmasını, sülh olmasını istəyirik”,- deyib. Halbuki, uşaq qatili “titul”unu daşıyan qaniçən rejim, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymadan fələstinlilərin soyqırımını heç cür dayandırmaq istəmir və bu sahədə onun cinayətlərinin ortaqları olan ABŞ və Avropadan dəstək alır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button