ArxivXəbər lentiXəbərlər

Milli Şura mitinq edəcək – AÇIQLAMA

Milli Şura sentyabr ayında mitinqlər keçirməyi planlaşdırır.

Bu barədə Hafta.az-a şuranın koordinasiya mərkəzinin üzvü Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, Milli Şura seçkilərə qatılmaq niyyətindədir:

“Biz çox istəyirik ki, parlament seçkilərində iştirak edək. Lakin ölkədə seçki mühitinin olmaması və bu kimi məsələlər bizi bir qədər tərəddüddə saxlayıb. Yaxın günlərdə seçkilərlə bağlı konkret qərarımızı açıqlayacağıq. Sentyabr ayından isə aksiyaları bərpa etməyi düşünürük. Bu barədə də müzakirələrimiz olur. Bütün bunlar barəsində müzakirələrimiz bitdikdən sonra yekun qərarımızı açıqlayacağıq”.

Qeyd edək ki, Milli Şuranın əsas partiyası hesab edilən AXCP-də parlament seçkiləri ilə bağlı yekun qərarını açıqlamayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button