ArxivXəbər lentiXəbərlər

Haaretz ifşa etdi: İsrail məscid və kilsələrə terror hücumları təşkil edir

İsraildə çıxan Haaretz qəzeti sionistlərin Qüds və Qərb Sahilində müsəlmanlar və xristianların müqəddəs məkanları və ibadətgahlarına qarşı mütəşəkkil formada terror hücumları təşkil etmələrinə dair xeyli məlumatı ifşa edib.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, Haaretz qəzeti Daxili Təhlükəsizlik Nazirliyi və İsrail polisinə istinadla yazıb: 2009-cu ildən bəri sionist terrorçular Fələstin ərazilərində yerləşən məscidlər və kilsələrə 53 dəfə hücum ediblər. Bu da həmin məkanların dağıdılması və ya yandırılması ilə nəticələnib.

Haaretz qəzeti İsrailin təhlükəsizlik orqanı tərəfindən bu hücumların qarşısını almaq üçün heç bir ciddi tədbirin görülməməsini ifratçı sionistlərin məscidlər və kilsələrə olan hücumlarının daha da artmasına səbəb olduğunu da yazır: Bu hücumlarla bağlı açılan 45 cinayət işinin araşdırılmadan bağlı elan edilməsi və bu cinayət aktlarında iştirak etmiş müqəssirlərin 84%-nin kimliyinin gizli saxlanılması İsrailin təhlükəsizlik orqanının bu kimi cinayət halları ilə mübarizədə ciddi olmadığını göstərir.

Haaretz daha sonra yazır: İsrailin daxili təhlükəsizlik naziri Qalad Ordan kilsə və məscidlərə edilən hücumların ruhi sarsıntı keçirmiş insanlar tərəfindən törədildiyini söyləsə də, “Şare Semen” terror təşkilatı məscid və kilsələrə edilən hücumların məsuliyyətini öz üzərinə götürüb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button