Aktual

HƏYATIMIZIN AYRILMAZ HISSƏSİ, MUSİQİ

Uca Allahın adı ilə

Günümüzün ən qlobal və aktual mövzularından birinə çevrilən musiqi , onun həyatımıza və ictimaiyyətə qoyduğu müsbət və mənfi təsirləri haqda yazmaq qərarına gəldim. Bir çox insanların həyatında musiqi ayrılmaz bir hissə olduğundan məqaləyə bu adı vermək tam yerinə düşər deyə düşündüm. Cəmiyyəti pozan və fəsadlara səbəb olan bu altı hərfdən ibarət kəlmə sözün əsl mənasında ictimaiyyətdə ,ələxsus da cavanlar arasında yayılmış bir xəstəliyə bənzəyir.

Musiqinin insana necə təsirləri var?Bəziləri ona sitayiş edir,bəziləri isə onun yalnız ziyanlarından danışırlar.Mətləbin əsli necədir?Pis və ya yaxşı?

Aparılan araşdırmalar əsasında məlum olmuşdur ki, ən çox cavan və orta nəsl bu mövzuda həssasdırlar . Hətta bu təbəqədən olan bəzi insanlar musiqisiz bir günlərini belə təsəvvür etmirlər. Əsla düşünməyin ki,mənim bu tənqidi yanaşmam bütün musiqilərə qarşıdır.Xeyr,həqiqətdə bu belə deyil.Mən özüm də sağlam musiqinin( islam şəriətinin icazə verdiyi ) tərəfdarıyam.Lakin,zamanımızda mövcud olub dinlənilən və təbliğ edilən musiqilərin əksəriyyəti heç də sağlam musiqilər deyil.Qısası loru dillə desək musiqidən musiqiyə yerlə göy qədər fərq var.Gəlin bir nəzər salaq!

İslam şəriətinə görə Musiqi barəsində iki nöqtə çox mühümdür.Birincisi şəriətdə günah və fəsad məclislərində çalınıb şəhvətə təhrik edən (ğina) musiqi növləri haramdır.Hansı ki,ya sözləri harmdır(qadını vəsf edən,sevgi-məhəbbətdən dəm vuran və bu kimi),yaxud da sözləri halal olsa belə musiqisi rəqsə təhrik edib sümükləri oynadandır. Qurani- Kərim bu cür musiqiləri “ləhv və ləib “ yəni ” boş və puç” adlandırmışdır:

İnsanlar arasında elələri vardır ki,cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri(insanı təbii halətdən çıxaran fəsadlı,haram mahnılar,pozğun şerlər və söhbətləri,böhtan və qeybəti,fəsad törədici əfsanələr və s.kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır.(Loğman .6)

İkinci əsaslı tutulan nöqtə isə (şəriətə görə) ürfün,yəni cəmiyyətin nəzəridir ki,əgər hətta bir ölkənin cəmiyyətində hər hansı bir musiqi halal kimi tanınırsa ola bilsin digər bir ölkədə nəzərdə tutulan musiqi haram musiqi kimi tanına.Bu üzdən də sözü gedən mövzuda bu iki məsələyə diqqətlə yanaşılmalıdır.

Amma,əgər musiqidə yuxarıda sadalanan bu mənfi hallar olmazsa bir çox məşhur olan müctehidlərin nəzərincə onu dinləmək caizdir (olar). Bəzən insanlar arasında belə bir yalnış fikirlər yaranır ki,İslam dini musiqiyə yox deyir və onu haram buyurub.Deyərdim əksər insanlarda da məhz bunun üçün islama qarşı fobiya yaranır və onlar dinə gəlmədən artıq ondan uzaqlaşırlar. Lakin dəqiqliklə araşdirildiqda isə görürük ki,islam dini musiqiyə qətiyyətlə yox deməyib.

Doğrudur! Bir çox din və əxlaq alimlərimiz musiqi dinləməkdən uzaq olmuşlar.Ən əsas da irfan(ariflik və abidliklə məşğul olan) alimləri.Amma,bu musiqinin haram olduğuna dəlil deyil.Bir nöqtəni unutmayaq ki,Allah –taala sadə insanlardan şəriətdən artığını tələb etmir.Musiqi kimi bir çox məsələlər vardır ki,insanlar müstəhəb və məkruhları dəlil gətirərək alimlərimizi misal çəkirlər.Lakin,vacibat və haram məsələlərinə gəldikdə isə həmən alimlərin buyurduqlarından çox uzaqdırlar.Bəzi din alimlərimizin musiqidən uzaq durmaları onların olduqları yaxud da çatmaq istədikləri məqamla bağlıdır,nəinki,onun qəti haram olması ilə.

Bir çoxlarınızın kitablarını böyük həvəslə oxuduğunuz islam alimlərindən biri olan mərhum Şəhid Mütəhərrinin həyatı haqqında araşdırma apardığım zaman maraqlı və təəcübümə səbəb olan bir müsahibə ilə rastlaşdım. Alimin xanımından götürülən müsahibədə(xanımı tərəfindən) qeyd olunmuşdu ki,bu uca məqamlı şəxsiyyət,hər gün gecə namazına qalxdıqda 10-15 dəqiqə klassik musiqi dinləyirmiş.Yer verməyənlər olduğu kimi ,əksi olaraq Şəhid Mütəhərri kimi bəzi din xadimlərimiz də öz həyatında musiqiyə yer vermişlər.O zaman islam Şəriəti icazə verir,hətta alimlərimiz arasında musiqiyə rəğbəti olanlar da olub və varsa necə qətiyyətlə musiqinin haram olduğunu deyə bilərik?!

Təcrübələrə əsasən musiqinin “klassik” və “instrumental “ kimi bir çox növləri insanın sinir sisteminə müsbət təsir göstərərək əsəbləri sakitləşdirir.Hətta zamanımızda musiqi ilə müalicə seansları da mövcuddur ki,həkim nervpotoloq və psixoloqlar sinir xəstələrinin müalicəsində bu üsuldan geniş şəkildə istifadə etməkdədirlər. Bu cür xəstələr üzərində musiqi ilə terapiyanın öz effektini tez bir zamanda göstərməsi artıq həkimlər tərəfindən də təsdiq olunmuşdur.Hər halda siz də mənimlə razı olarsız ki,uzun sürən və yorğun iş günündən,saatlarla davam edən mütaliələrdən və bu kimi digər yorucu işlərdən sonra bir neçə dəqiqə həzin musiqi sədası altında dincəlmək , həqiqətən də insan beyninə aramlıq gətirərək yorğunluğu aradan aparır.

Ümumilikdə götürdükdə elə bir insan yoxdur ki,quşların,dəniz və yağışın,külək əsən zaman ağacların,bir sözlə təbiətin səsindən xoşlanmasın.Bir az diqqət etsək aydın olar ki, musiqini və ona meyli Allah təbiət və insanların fitrətində qoymuşdur.Bu üzdən hətta Qurani-Kərimin özünü qarelər yeddi muğam üzərində oxuyurlar.Bütün Quran,dua və azan dinləyiciləri ən gözəl səslə və ən yaxşı ritmdə qiraət edən qareni(oxuyanı) dinləməyə,eşitməyə can atır və bundan həzz alırlar.Yaxud da əza məclislərinə nəzər etdikdə görərik ki,hətta müsibəti mədh edən məddahlar belə mərsiyyə və rozələri gözəl və hüzünlü musiqi avazıyla oxuyaraq əzadarları ağladırlar.Bunlar hamısı insanda musiqi duyumu və meylinin olmasına,eyni zamanda da onun insan üzərində olan böyük təsirinə dəlillərin aşkar nümunəsidir.

Qara Qarayev,Üzeyir Hacıbəyov kimi bəstəkarların çoxlu sayda klassik və instrumental musiqilər müşayətində mahnıları vardır ki,Vətənə ,ana –ataya qarşı sevgini,şücaəti,patriotluğu artırır. İndiki zamanda dinin təbliğində belə musiqi böyük əhəmiyyətə malikdir.Dünyadakı insanların əksəriyyəti musiqi həvəskarı olduğundan zamanımızda dinimizin təbliği üçün bu üsuldan geniş istifadə olunmaqdadır.Niyə də olmasın.Doğrudur, bəzi dini mahnılarda haram musiqilərdən də istifadə olunur.Lakin hər bir müsəlman şəriətin musiqi haqqında buyurduğu çərçivə ilə tanış olsa özünü bu cür mahnılardan uzaq tutmağı da bacarar deyə düşünürəm.

İndi isə musiqinin zərərlərinə nəzər salaq!Söhbət zərərlərdən açılmışkan bu yerdə sözümə insan psixikası və sağlamlığına çox pis təsiri olan “Rok” musiqi növü haqqında danışmaqla davam etmək istərdim.Sizcə bu musiqi növünün insana nə cür təsiri var? Bəli bu açıq və hamımız üçün aydındır,ziyandan başqa heç bir şey.İnsanı vahiməyə gətirən ,sağlamlıq üçün çox zərərli olub ən çox da şeytanpərəstlər tərəfindən dinlənilib ifa olunan musiqi adı altında vəhşilikdən başqa bir şey deyildir.

Rok ifaçılarının xarici görünüşünə , jestlərinə,müxtəlif yerlərində çoxlu sayda pirsinqlərinə(ətə yeridilən dəmir aksesuarlar) , ən əsas üzərlərində olan şeytana ,qadına aid atributlara ,qrimlərinə baxdıqda aydın olur ki ,onlar bu musiqiləri ilə şeytana həvəs ideologiyalarını təbliğ edirlər. Bunlar başlıca olaraq bizə Allah tərəfindən verilən əmanətə xəyanət və bədənə zülmdür!

Ən çox dinlənilən musiqilərdən biri də insanı haldan hala salan ya da başqa bir terminlə desək ağlını başından alıb onu sevgi-məhəbbətə,ötəri ehtiraslara sövq edən romantik musiqilərdir. Əksər insanlar(ən çox gənc və yeniyetmələr) xəyalpərəst olduqlarından bir şeyi çox istədikdə arzulara dalar və onu əldə etmək üçün əllərindən gələni əsirgəməzlər.Bu növdən olan musiqiləri də ən çox belələri dinləyir.Amma,həyat realdır və xəyallar üzərində qurulmamışdır. Həyatda bəzən bir çox şey biz istədiyimiz kimi olmur və zəif xasiyyətə malik olan insanlar isə istəklərinə çatmadıqda özlərinə sui qəsd də edirlər.Ola bilsin deyərsiz bunun musiqiyə nə aidiyyatı var?

Bəlkə çoxumuzun yadında olar.İllər bundan öncə türk ifaçısı olan Murad Kekillinin ifasında “Bu axşam ölərəm” mahnısı çox dəbdə idi.Mahnının klipində də sevdiyi üçün intihar edən gənclər canlandırılmışdı.Bu mahnı yayımlandıqdan dərhal sonra aparılan araşdırmalar göstərmişdir ki,Türkiyədə onlarla gənc və yeniyetmələr adı çəkilən mahnını dinləyərək təsir altına düşüb özünə qəsd etmişlər.

Qadın bədənini təbliğ edib,şəhvət və başqa yüz cür günaha təşviq edən digər bir musiqi növü isə “Oryental” rəqs musiqisidir.Təəssüflər olsun ki,ölkəmizdə bu cür musiqiləri təlim verən məxsus mərkəzlər də çox saydadır.Hətta,toy məclislərimizdə oryental rəqqasələrini yarıçilpaq şəkildə öz bədənini təqdim edərək görmək artıq adi hala çevrilib.Belə musiqi növləri insanı Allahdan uzaq salmaqla bərabər cəmiyyətimizi də günah çirkabına bulaşdırır.Bu yerdə mən dinimizi tənqid edənlərdən soruşuram: Axı islam dini bu cür fitnə-fəsad mənbəyi olan musiqilərin dinlənilməsinə niyə icazə versin?!

Əziz oxucular ,Allah taala bizi çox sevir və bütün pisliklərdən də qorumaq istəyir.O biləni biz bilmərik.Çünki, O Yaradandır biz yaradılan.Necə ki,bəzi valideynlər öz övladlarını pisliklərdən qorumaq üçün ona məhdudiyyətlər qoyurlar , Allah da bizi qorumaq üçün pisliklərə yox deyərək şəriətdən kənara çıxmamağı əmr etmişdir. Diqqətinizə görə təşəkkür edirəm.Allah sizləri qorusun!

islamnuru

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button