Islam

İslami məzhəblərin davamçılarının inanclarını və müqəddəs saydıqları təhqir etmək və aşağılamaq haramdır

Böyük Təqlid Mərcəi, Filosof və Quran təfsirçisi Ayətullah Cavadi Amuli bu il Allah evinin ziyarətinə gedən hacılara geniş ismarış verərək bildirdi ki, İslami məzhəblərin davamçıların inanclarını və müqəddəs saydıqlarını təhqir edtmək və aşağılamaq haramdır.

şiələrin Böyük Təqlid Mərcəi, Filosof və Quran təfsirçisi Ayətullah Üzma Cavadi Amuli, bu il Müqəddəs Kəbənin, “Beytullah-əl-Həramın” (Allah Evinin) ziyarətinə gedən hacılara geniş ismarış verərək bildirdi ki, İslami məzhəblərin davamçıların inanclarını və müqəddəs saydıqlarını təhqir edtmək və aşağılamaq haramdır.
Bu geniş ismarışın bəzi mühüm məqamlarını xülasə ilə diqqətinizə çatdırırıq:
Bismillahir-rəhmanir-rəhim
“… Tövhid evinin təsisinin sirri vəhdət gövhərini tapmaq üçündür…
Kəbə evinin tikiliş sirri budur ki, buranı ziyarət edənlər onları başqalarından fərqləndirən hər bir şeyi soyunsunlar, hamı bərabər olsunlar. Bunun da nəticəsi yenə də vəhdət gövhərini ələ gətirməkdir. Çünki, səni fərqləndiriən şeyləri soyunarkən (qızıl, gümüş, bahalı geyim, maşın, evin və s…) başqaları ilə eyniləşirsən. Bu vəhdətdən “VAHİD”ə çatırsan, onu dərk edirsən. Vəhdət evini “təvaf” edərkən o mələklərə bənzəyirsən ki, bir-birilərinə maneə yaratmadan İlahinin rizası və özlərinin məlum məqamlarında Ərşi təfav edirlər:
«تَشَبَّهُوا بِمَلائِکَتِهِ الْمُطِیفِینَ بِعَرْشِهِ».
Bu zaman təvaf edənin ürəyi Allahın Ərşidir. Hacı burada öz əməli ağılı ilə Rəhmanın abididir və cənnəti qazanan. Necə ki, Allah-Taala buyurur:
﴿جَعَلَ اللّهُ الْکَعْبَةَ الْبَیْتَ الْحَرَامَ قِیَاماً لِلنَّاسِ﴾
… Bu yolda hamılıqla Allahın (vəhdət) ipinə yapışın və parçalanmayın.
﴿وَاعْتَصِمُوا بِحَبْلِ اللّهِ جَمِیعاً وَلاَ تَفَرَّقُوا وَاذْکُرُوا نِعْمَةَ اللّهِ عَلَیْکُمْ إِذْ کُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَیْنَ قُلُوبِکُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَاناً وَکُنْتُمْ عَلَی شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَکُم مِنْهَا کَذلِکَ یُبَیِّنُ اللّهُ لَکُمْ آیَاتِهِ لَعَلَّکُمْ تَهْتَدُونَ﴾.
Dini öhdəliklərinizi yaddan çıxartmayın ki, bu İlahi bəlaların nüzuluna səbəb olacaqdır. Necə ki, sizdən öncə yəhudi və məsihilər bu cür bəlalara düçar olmuşdurlar.
﴿وَمِنَ الَّذِینَ قَالُوا إِنَّا نَصَارَی أَخَذْنَا مِیثَاقَهُمْ فَنَسُوا حَظّاً مِمَّا ذُکِّرُوا بِهِ فَأَغْرَیْنَا بَیْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَی یَوْمِ الْقِیَامَةِ وَسَوْفَ یُنَبِّئُهُمُ اللّهُ بِمَا کَانُوا یَصْنَعُونَ﴾. ﴿وَقَالَتِ الْیَهُودُ یَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَیْدِیهِمْ وَلُعِنُوا بِمَا قَالُوا بَلْ یَدَاهُ مَبْسُوطَتَانِ یُنفِقُ کَیْفَ یَشَاءُ وَلَیَزِیدَنَّ کَثِیراً مِنْهُم مَا أُنْزِلَ إِلَیْکَ مِن رَبِّکَ طُغْیَاناً وَکُفْراً وَأَلْقَیْنَا بَیْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَی یَوْمِ الْقِیَامَةِ﴾ .
Hacılar çalışsınlar ki, hər bir fikri və əməli səhvlərdən uzaq qalsınlar. İfart və təfrit etməsinlər ki, bu ictimaiyyətin parçalanmasına zəminə yaradır.
Bihudə sözlərdən və işlərdən uzaq olsunlar.
Mübarək ziyarət günlərini qənimət bilərək İslami Oyanış hədəflərini məqsədə çatdırsınlar.
İslami məzhəblərin davamçıların inanclarını və müqəddəs saydıqlarını təhqir edtmək və aşağılamaq haramdır.
﴿إِنَّمَا المُؤْمِنُونَ إِخْوَةٌ﴾
﴿یَا أَهْلَ الْکِتَابِ تَعَالَوْا إِلَی کَلِمَةٍ سَوَاءٍ بَیْنَنَا وَبَیْنَکُمْ أَلاَّ نَعْبُدَ إِلَّا اللّهَ وَلاَ نُشْرِکَ بِهِ شَیْئاً وَلاَ یَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَاباً مِنْ دُونِ اللّهِ﴾
İslam sülh və dostluq dinidir. İslam müxtəlif dinlərdən olan insanların dostcasına yaşaması üçün hər bir şərait yaratmış bir dindir. İslam bütün insanların hər bir zəmində hüquqlarını tanıyır.
﴿لَا یَنْهَاکُمُ اللَّهُ عَنِ الَّذِینَ لَمْ یُقَاتِلُوکُمْ فِی الدِّینِ وَلَمْ یُخْرِجُوکُم مِن دِیَارِکُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَیْهِمْ إِنَّ اللَّهَ یُحِبُّ الْمُقْسِطِینَ﴾
﴿وَلاَتَسُبُّوا الَّذِینَ یَدْعُونَ مِن دُونِ اللّهِ فَیَسُبُّوا اللّهَ عَدْوًا بِغَیْرِ عِلْمٍ کَذلِکَ زَیَّنَّا لِکُلِّ أُمَّةٍ عَمَلَهُمْ ثُمَّ إِلَی رَبِّهِمْ مَرْجِعُهُمْ فَیُنَبِّئُهُمْ بِمَا کَانُوا یَعْمَلُونَ﴾.
Bunun üçün də hətta bütləri belə söyməyə və təhqir etməyə icazə verməmişdir. Yaxşı hədəfə çatmaq üçün pis vəsilədən istifadə etməyi İslam bəyənmir.
والسلام علیکم و رحمة الله و برکاته
جوادی آملی
شهریور 1392

shabestan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button