ArxivXəbər lentiXəbərlər

Fitch Azərbaycanın iqtisadi reytinqini endirib

Fitch Beynəlxalq Reytinq Agentliyi neftin qiymətinin ucuzlaşması ilə iqtisadiyyatı kəskin zəifləyən Azərbaycan Respublikasının iqtisadi reytinqini azaldıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Fitch Azərbaycan Respublikasının iqtisadi reytinqini bir dəfə azaldaraq BB+-ə endirib və bu ölkənin iqtisadi perspektivini müsbətdən mənfiyə azaldıb. Bu da bu ölkənin reytinqinin yenə də enməsi mənasındadır.

Fitch proqnoz edib ki, 2015-ci ildə 5,3% daxili xammal istehsalı olan Azərbaycan Respublikasının büdcə kəsiri 5,12%, 2017-ci ildə isə 7,5% daxili xammal istehsalına çatacaq.

Ötən 5 ildə Azərbaycan Respublikasının gəlirlərinin 50%-dən çox təşkil edən neft və qazdan əldə olunan gəlir 2015-ci ildə təxminən 40% enib və proqnoz olunur ki, 2016-cı ildə yenə 30% azalacaq.

Fitch xatırladıb: Azərbaycan Respublikası rəsmilərinin milli valyutanın devalvasiyası ilə bağlı qərarı ictimai təzyiqləri artırdı və hökumət cəmiyyətin məhrum kütlələrinə ayrılan xərcləri bu il daxili xammal istehsalının təxminən 2%-nə çatdırmaq niyyətindədir.

Fitch proqnoz edir ki, Azərbaycan Respublikasının daxili xammal istehsalı 2016-da 3,3% azalacaq və bu ölkədə inflyasiya 14%-ə çatacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button