AktualAktualArxivIslamXəbər lentiXəbərlər

“Hicaba azadlıq!” 3-dən 2 il ötdü (Video)

Keçirilən “hicaba azadlıq” aksiyasına görə 36 nəfərə cinayət açılmışdı

5 oktaybr 2012-ci il tarixində Təhsil Nazirliyinin inzibati binası qarşısında inanclılar keçirdiyi 3-cü “Hicaba Azadlıq” aksiyası keçirdi. 

Aksiyada “Hicaba Azadlıq!”, “Biz zülm etmərik, zülmə boyun əymərik!”, “Hicab bizim namusumuz, qeyrətimizdir!”, “Hicab məhbuslarına azadıq!”, “Misir istefa”, “İslamofobiyaya yox!” şüarları səsləndirən dindarlar, Təhsil müəssisələrinə hicablı şagirdlərin qeyri-qanuni olaraq buraxılmamalarına etiraz edirdilər.
Aksiya zamanı yerli polis və mülki geyimdə olan şəxslər nümayişçilərə, o cümlədən jurnalistlərə qarşı ifrat kobudluq etmişdi. 
Polis aksiya zamanı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etmişdi.

Məlumat üçün bidirək ki, Təhsil Naziriliyinin qarşısında keçirilən 3-cü aksiya zamanı 500-600 nəfər iştirak etmişdi və 200-dən çox inanclı saxlanılmışdı. 
Onlardan 36 nəfərinə cinayət işi açılmışdı.

Hazırda 2012-ci ilin oktaybr ayının 5-i Bakıda, Təhsil Nazirliyinin qarşısında keçirilmiş hicaba azadlıq aksiyasına görə 35 nəfər həbsə salınıb.

4 ayrı qrupa bölünərək mühakimə olunan möminlərin həbsə məhkum edilmə müddətlərini təqdim edir:

I Qrup
1. Ağadadasov Tərlan 5 il 6 ay, 
2. Davud Kərimov 6 il, 
3. Telman Şirəliyev 6 il, 
4. Muraday Quluyev 5 il, 
5. Anar Qasımlı 5 il 6 ay, 
6. İlham Hətəməv 5 il 6 ay, 
7. Ceyhun Quliyev 5 il, 
8. Rövşən Allahverdiyev 5 il 6 ay;

II Qrup
9. Türkel Rəsulov 1 il 6 ay, 
10. Elnur Həsənov 1 il 6 ay, 
11. Elsevər İsayev 1 il 6 ay, 
12. Yusif Mirzəyev 1 il 6 ay, 
13. Rauf Salehov 1 il 6 ay, 
14. Seymur Bağırlı 1 il 9 ay, 
15. Bəxtiyar Ağayev 1 il 9 ay, 
16. Məhəmməd Qəmbərov 1 il 9 ay, 
17. Nofəl Məmmədov 1 il 9 ay, 
18. Xudaverdi Abdullayev 2 il;

III Qrup
19. Ramil Vəliyev 6 il 6 ay, 
20. Elşad Rzayev 6 il, 
21. Arif Fətəliyev 2 il, 
22. Vahid Lələkişiyev 2 il, 
23. Ramil Mehdiyev 2 il, 
24. Elçin Məmmədov 1 il 9 ay;

IV Qrup
25. Elçin Quliyev 2 il, 
26. Sahil Rzayev 2 il, 
27. Rauf Qarayev 1 il 9 ay, 
28. Ülfət Qasımlı 1 il 6 ay, 
29. Elşən Haşımov 2 il, 
30. Səxavət Quliyev 2 il, 
31. Bayraməli Vəlişov 2 il, 
32. Ruhid Abbasov 2 il, 
33. Elçin Məmmədov 1 il 9 ay, 
34. Dadaş Vəliyev 2 il, 
35. Aydın Məmmədov 2 il 3 ay. 
36. Nahid Qəhrəmanov (Məhkəmə istintaqı hələdə davam edir)

Qeyd edək ki, həbs edilən inanclılardan bir neçəsi həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb.

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button