ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda İmam Məhdi (ə.f) mövludu qeyd edildi – FOTO

Gürcüstanın Qardabani şəhərində İmam Məhdi (ə.f) mövludu qeyd edilib

İslamazeri.com xəbər verir ki, Gürcüstanın Qardabani şəhərində Həzrət Mehdinin (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirilib.

Tədbirdə yerli din xadimləri və ətraf rayon və kəndlərdən dəvət olunan müsəlmanlar iştirak edib.

Kərbəlayi Pərvizin aparıcılığı ilə keçirilən tədbir Azərbaycanın tanınmış Quran qiraətçisi Hacı Ruslanın Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Azərbaycandan dəvət olunan tanınmış din alimi Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov, İran İslam Respublikasından din alimləri Hacı Rəhim Kargər və Hacı Davud Zare və İİR-ının ölkəmizdəki Səfriliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi və Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov çıxış ediblər.

Çıxış edənlər zamananın İmamı və xilaskarı Hz. İmam Mehdinin (ə.c) qeybdə olmasının və intizarın mahiyyət və fəzilətləri və eyni zamanda imamın həqiqi yolunu gözləyənlərin vəzifələri haqda söhbətlər ediblər, gözlərdən gizlin olan zamanın imamının haqqında bir çox sualların cavabına aydınlıq gətiriblər.

Ölkədə yeni fəaliyyət göstərən “Ali-Taha” İlahi nəğmələr qrupunun oxuduğu şeir və ilahilərlə davam edən məclisin sonunda sual-cavab yarışlarının qaliblərinə və adları İmamın ad və ləqəblərindən olanlara hədiyyələr təqdim olundu və mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb.

Sonda qonaqlara yeni çap olunmuş “Bizimlə, bizdən gizli” kitabçası təqdim olunub. Tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəliblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button