ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Gürcüstan Ombudsman ofisi: Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalı yaranıb
Gürcüstan İnsan Haqları Müvəkkili (Ombudsman) ofisinin ekspertlər qrupu sabiq Prezident Mixeil Saakaşvilinin səhhətinin daha da pisləşməsi barəsində məlumat yayıb.
məlumatda Mixeil Saakaşvilinin yataq xəstəsinə çevrilmək ehtimalının yarandığı bildirilib.
Qeyd olunub ki, sabiq Prezidentin bədəni aktiv katabolizm mərhələsinə daxil olub və 5-7 kiloqram da itirərsə o yataq xəstəsinə çevriləcək. Qeyd edilib ki, bu 1-2 aya baş verə bilər.
Ekspertlər qrupunun Saakaşvilini fevralın 19-da ziyarət etdiyi bildirilib.