ArxivXəbər lentiXəbərlər

İŞİD nefti Türkiyəyə 12 dollara satır – FOTOLAR

Rusiya mediası Türkiyə və İŞİD terror qruplaşması arasında “neft ticarəti” ilə bağlı daha bir sənəd əldə edib.

“RİA-Novosti” agentliyi xəbər verir ki, Rusiyanın “Russia Today” telekanalı İŞİD terror qruplaşmasının sənədlərini dərc edib.

Sənədlərdə İŞİD-in nəzarətində olan ərazilərdə çıxarılan neftin “Türkiyəyə sənaye miqyasında ixracı”ndan bəhs edilir.

Sənədlər Suriyanın şimalında yerləşən Şaddadi şəhərinə hücumu zamanı PYD döyüşçülərinin əllərinə düşüb və sonra RT-nin müxbirlərinə verilib. Məlumata görə, kürd döyüşçüləri Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrin vətəndaşları olan döyüşçüləri əsir götürüblər. Əsirlər İŞİD və Türkiyənin “əlaqələri”ndən danışıblar.

Türk mənşəli döyüşçü bildirib ki, İŞİD tərəfdarlarının əksəriyyəti Türkiyə üzərindən gəlir. O, türk hakimiyyətinin onlara mane olmadığını iddia edib.

“Russia Today” telekanalının haqqında danışdığı sənədlər İŞİD-in Təbii Resurslar Nazirliyinin neft və təbii qazı Departamenti”nin blanklarıdır. Sənədlərdə türk sürücülər neftin bir barelini12-26 dollara alırdılar. Məsələn, 23 yanvar tarixində Kabiba neft yatağından bir bareli 13 dollardan olmaqla 383 barel neft satılıb.

Hazırda telekanal Suriyada apardığı araşdırmaların yer alacağı sənədli film hazırlayır. Film bir ay sonra hazır olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button