ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

General-mayor Salami: Düşmənin İranı təcrid etmək cəhdi uğursuzluğa düçar oldu

 İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami İslam Təbliğatı Koordinasiya Şurasının əyalət rəhbərlərinin bu gün (cümə axşamı) şuranın baş ofisində keçirilən milli konfransında çıxışı zamanı Amerika Birləşmiş Ştatlarının terrorçu və mafiya rejiminin başçılığı ilə düşmənlərin İrana qarşı qlobal iqtisadi müharibəyə başladığını bildirərək deyib: “İran İslam Respublikası xalqın ayıqlığı və daxili imkanları sayəsində sanksiyalara qarşı mübarizə apararaq, onların planlarını zərərsizləşdirib və inqilabımız və dövlətimiz hər gün daha çox güclənməkdədir.”

O, İslami Təbliğat Koordinasiya Şurasının rəsmilərinə xitabən deyib: “İranın düşmənləri İslamı və inqilabı məhv etmək üçün geniş və davamlı səylər göstərirlər, lakin Uca Allahın yardımı və siz cihadçıların böyük və peyğəmbərlik missiyası sayəsində onlar öz məqsədlərinə çata bilməyəcəklər.”

SEPAH-ın baş komandanı əlavə edib: “Biz Uca Allaha və İslam İnqilabının müdrik rəhbərinin rəhbərliyinə arxalanaraq, bütün problemlərə rəğmən, Allahın köməyi və millətin dəstəyi ilə İran İslam Respublikasına qarşı bütün fitnələri zərərsizləşdirə bildik. Hal-hazırda ölkəmiz inkişaf etməkdə və çiçəklənməkdədir.”

General Salami həmçinin işarə edib: “İranın düşmənləri, xüsusilə amerikalılar, iki ən böyük zəif cəhətlərini etiraf etdilər: bunlardan biri mənəvi və xarizmatik rəhbərin olmaması, digəri isə Qərb hakimiyyətində müdrikliyin çatışmazlığıdır.”

Səlami həmçinin qeyd edib: “Bu gün qüdrət sahibi olmaq silahla ölçülmür, hər bir ölkənin əsas qüdrəti o ölkə xalqının elmi və imanıdır ki, bu da İran İslam Respublikasının yaşamasının əsas amilidir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button