ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakı aeroportunda iki məcburi eniş

bu gün saat 09:11-də  Bakı-Moskva reysi ilə uçan təyyarə texniki səbəblərdən hava limanına geri qayıdıb.Dünən gecə saat 22:25-də isə Koreyanın “Korean Air” aviaşirkətinə məxsus təyyarə Bakı hava limanına məcburi eniş edib.

 “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva reysini yerinə yetirən “Airbus A340” hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirib ki, “Airbus A340” təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Məlumatda sərnişinlərin texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcəyi bildirilib.

Dünən gecə isə Koreyanın “Korean Air” aviaşirkətinin İstanbul-Seul reysini həyata keçirən “Airbus A330” təyyarəsi mühərriklərin birində yaranan nasazlıq səbəbindən Bakı hava limanına məcburi eniş edib. Təyyarə saat 22:25-də uğurlu eniş edib, hadisə zamanı xəsarət alan olmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button