Aktual

“FSB” azərbaycanlı dindarı vəhabi adı ilə niyə həbs edib? – Video

Vəhabilərlə daim bəhs edən Əhlibeyt yolunun davamçısı haqqında həbs qətiimkan tədbiri seçilib. Ötən ayın axırında azərbaycanlı dindar Ülvi İbrahimoğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Murmansk əyalətinin Kandalakş şəhərində həbs edilib.

Bir neçə gün əvvəl isə, həmin əməliyyatın videosu yayılıb.Videoda Ülvi vəhabiliyə cəlb edən şəxs kimi təqdim edilib.

Məlumata görə, Ülvi İbrahimoğlu heç də vəhabi deyil, əksinə vəhabilik əleyhinə təbliğat aparmış və dəfələrlə vəhabilərlə bəhslərdə iştirak edib.
Hətta onun mart ayında toyunun Əhlibeyt məddahlarından Xəyal Müəzzinin apardığı və toy məclisinin tam olaraq Əhlibeytin mədh və təbliğatı ilə keçirildiyi də əldə etdiyimiz məlumatlardandır.

Əldə etdiyimiz digər məlumata görə, məhz onun bu ad ilə həbs edilməsi vəhabilərin sifarişi əsasında olub. Rusiyadan adının açıqlanmasını istəməyən azərbaycanlı saytımıza bildirib ki, Rusiyada rüşvət müqabilində nəinki vəhabi hətta “Ben Laden” kimi həbs etdirmək və qətlini sifariş etmək mümkündür. Onun sözlərinə görə, vəhabilər Ülvinin həbsindən sonra (Ülvinin işlədiyi bazarda) deyib-gülürlərmiş. İlkin ehtimala görə, silah üstündə həbs edilən və içəridə “sınan” vəhabilər Ülvinin əleyhinə ifadə vermiş və hətta üzünə duracaqlar.

Qeyd edək ki, Ülvi İbrahimoğlunun sosial şəbəkələrdəki təbliğatlarından da onun hansı məzhəbdə olduğu açıq aşkar görünür. Onun sosial şəbəkələrdəki səhifəsində apardığımız araşdırma zamanı onun mərsiyələr, şiəliklə əlaqədar şəkillər paylaşdığını aşkar etdik.http://vk.com/id177216432 /İslamazeri.AZ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button