ArxivXəbər lentiXəbərlər

Müxalifətçilər “Bandotdel”ə niyə çağırılıb? – Açıqlama

Müxalifətlə bağlı yeni proses başlanır. Müsavat başqanı Arif Hacılı və Milli Şuranın üzvləri – Gözəl Bayramlı, Nurəddin Məmmədli, Eldəniz Quliyev və Oktay Gülalıyev DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə çağrılıb.

Politika.Az xəbər verir ki, müxaliətçilərin “Bandotdel”ə çağırılmasının səbəbi bilinmir. Ehtimal olunur ki, FƏTÖ işi, referendumla bağlı partiyaların mitinqləri barədə sorğu-sual oluna bilər. Lakin hər iki tərəfdən bu məsələyə dair hər hansı bilgi verilməyib.

AXCP sədri Əli Kərimli məsələyə belə münasibət bildirib:”Çətinə düşən kimi milli mentalitet arxasında gizlənənlər utanmadan qadın siyasətçini, AXCP sədrinin müavini Gözəl Bayramlını “bandotdel”ә çağırıblar. Azərbaycan siyasətini bu qədər aşağılamaq lazım deyil. Gözəl Bayramlı mənim müavinimdir.

Mənim tapşırıqlarımı yerinə yetirir. Onun siyasi fəaliyyətinə görə mən məsuliyyət daşıyıram. Suallarınız varsa, məni dəvət edin, cavablandırım. Azərbaycanın mübariz, fədakar, vətənsevər xanım siyasətçisindən – Gözəl Bayramlıdan isə əl çəkin”.

O.Güləliyev isə niyə dəvət olunmalarını təxmin edib: “Dəvətin səbəbi deyilmədi.

Son zamanlar bu qurum haqqında xeyli danışılır. Bizim də yazılarımızda ara – sıra bu qurumun adı keçir. Ola bilsin ki səbəb bu məsələdir. Gedək, görək…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button