ArxivXəbərlər

Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkilir + FOTO

Ermənistanın Vardenis şəhəri ilə Azərbaycanın işğal altındakı Ağdərə rayonlarını birləşdirəcək Vardenis-Ağdərə (Mardakert) yolunun tikinti işləri sürətlə davam etdirilir.
Modern.az saytı xəbər verir ki, magistral yolun genişləndirilməsi, torpaq səthinin hamarlaşdırılması, mövcud mühəndis qurğularının bərkidilməsi və s. üçün əraziyə geniş texnika cəlb olunub. 2015-ci ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulan yolun asfaltlanması 2014-cü ilin sonlarından planlaşdırılır.
Xatırladaq ki, Vardenis-Ağdərə yolu 2013-cü ilin noyabrında “Hayastan” Fondunun dünya üzrə keçirdiyi ümumerməni telemarafonu zamanı toplanmış vəsait hesabına gerçəkləşdirilir. Həmin marafon zamanı 22,6 milyon dollar vəsait toplanmışdı. Ümumən, yolun tikintisinə 30 milyon dollar vəsait tələb olunduğunu nəzərə alan Ermənistan rəhbərliyi 2014-cü ilin noyabrında keçiriləcək telemarafonda da toplanacaq vəsaiti bu istiqamətə yönəltməyi planlaşdırır. Düşmən ölkə rəhbərliyi hesab edir ki, Qarabağa çəkilən 2-ci yol hərbi və sosial-iqtisadi baxımdan önəmlidir./bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button