ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Övladın elmi inkişafına diqqət

Həyat yolu 16

Övladın elmi inkişafına diqqət

Cəmiyyətin inkişaf və tərəqqisi üçün yaradıcı və təhsilli insanlara ehtiyac vardır. Cəmiyyətin problemləri belə insanların əli ilə həll olur. Bu kimi şəxsiyyətlərin istedadları əsasən ailədə çiçəklənir. Ona görə də ana öz övladlarını elm və elm öyrənməklə tanış edə bilsə, cəmiyyətin müvəffəqiyyə t qazanması yolunu daha asanlaşdırmış olar.

Həzrət Zəhra (ə) öz tərbiyə ənənəsində bu məsələyə xüsusi əhəmiyyət verirdi. Bu təlaşın nəticəsi dünyada elm və əməli ilə tanınan övladların yetişməsi oldu.

Ayə

«هَلْ يَسْتَوِیَ الَّذينَ يَعْلَمُونَ وَ الَّذينَ لا يَعْلَمُونَ»

“Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!”

(“Zumər” surəsi, ayə 9)

Hədis

قال الصادق ) ع) « لايَزالُ المُؤمِنُ يُورِثُ أَهلَ بَيتِهِ العِلمَ وَ الدَبَ الصّالِحَ حَتّى يُدخِلَهُمُ الجَنَّةَ جَميعا »

İmam Sadiq (ə) buyurur: “Mömin daim öz ailəsini elm və gözəl ədəblə faydalandırır ki, onların hamısını cənnətə daxil etsin.”

(“Müstədrəkül-vəsail”, c. 12, səh. 201)

Ənənə

Qaça-qaça məsciddən gəldi. Özünün hər günkü adətinə uyğun olaraq iki mütəkkə götürüb üst-üstə qoydu və onun üstündə oturdu. Öz aləmində bir minbər düzəldərək, anası üçün xütbə söyləməyə başladı.

Həsən (ə) məsciddə babasından eşitdiklərinin hamısını anasına danışırdı, nazil olmuş ayələri ona oxuyurdu. Beləliklə, anası Peyğəmbərə (s) nazil olmuş vəhydən xəbər tuturdu.

Anası Həsəni (ə) təşviq edir, yeddi yaşlı övladının güclü yaddaşına və gözəl danışıq qabiliyyətinə görə Allaha şükür edirdi.

(“Əl-Mənaqib”, c. 4, səh. 7)

Hekayə

– Yuxudan oyandıqdan sonra pərişan və heyrət içində idim. Yuxumun yozumunun nə olduğunu bilmək istəyirdim.

– Ustad! Nə yuxusu görmüsünüz?

– Gördüm iki aləmin xanımı həzrət Zəhra (ə) iki övladının əlindən tutub mənim yanıma gətirdi. Sonra mənə buyurdu: “Şeyx Müfid! Övladlarımı şagirdliyə qəbul et və onlara fiqh elmini öyrət.”

– Ustad! Bunun təbiri nə ola bilər?

– Həmin gün bir iffətli qadın iki övladının əlindən tutub mənim yanıma gətirərək dedi: “Şeyx Müfid! Mənim bu iki oğlumu (Seyid Mürtəza və Seyid Rəzi) şagirdliyə qəbul et və onlara fiqh elmini öyrət.”

(İbn Əbul-Hədidin “Şərhu Nəhcul-bəlağə” kitabından iqtibas)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button