ArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

İran səfiri Bakıda Şeyxülislam Pasazadə ilə görüşüb

Sentyabrın 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Seyyid Abbas Musəvini onun xahişi ilə qəbul edib.
Qonağı səmimi salamlayan QMİ sədri ona yeni işində uğurlar arzulayıb və iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. Şeyxülislam qeyd edib ki, Azərbaycanla İran arasında tarixən mövcud olan dostluq, qardaşlıq və mənəvi birlik əlaqələri bu gün də uğurla inkişaf edir.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Musəvi Şeyxülislama səmimi qəbula görə təşəkkür edib, ölkəsinin rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb.
Bundan sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda tərəflər arasında xatirə hədiyyələri mübadiləsi baş tutub.
Qəbulda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin və İran İslam Respublikasının Azərbaycandakı səfirliyin əməkdaşları iştirak ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button