ArxivXəbər lentiXəbərlər

Ermənistan paytaxtında etiraz aksiyaları yenidən bərpa edilib

İki günlük fasilədən sonra Ermənistan paytaxtında etiraz aksiyaları yenidən bərpa edilib.
Bununla qafqaz.ir  erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, müxalifət lideri, deputat Nikol Paşinyanın çağırışından sonra çoxsaylı etirazçılar yerli vaxtla saat 12.00-dan etibarən İrəvanın mərkəzi küçələrinə axışıblar və yürüş başlayıb.
N.Paşinyan bazar günündən etibarən vətəndaş itaətsizliyinin davam etdiriləcəyini bəyan edib. Hərəkatın lideri özü isə saat 17.00-da Fransa meydanından başlayacaq və Respublika meydanına istiqamət götürəcək yürüşə qatılacağını elan edib. Saat 19.00-da isə izdihamlı mitinq keçiriləcək.
Paşinyan aprelin 29-30-da aksiyaların davam etdiriləcəyini bildirib. Onun məqsədi mayın 1-də keçiriləcək parlamentin xüsusi iclasında baş nazir postuna seçilməsidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button