ArxivXəbər lentiXəbərlər

Bakıda “Formula 1” yarışına start verilib – YENİLƏNİB

Bakıda “Formula 1” pilotlarının əsas yarışına start verilib.
qafqaz.ir Hədəf14.az-ın xəbərinə görə, 10 komandadan 20 pilot start xəttində aşağıdakı mövqeləri tutublar:
1. Sebastyan Fettel (Ferrari)
2. Lüis Hemilton (Mercedes)
3. Valtteri Bottas (Mercedes)
4. Daniel Rikkardo (Red Bull)
5. Maks Ferstappen (Red Bull)
6. Kimi Raykkonen (Ferrari)
7. Esteban Okon (Force İndia)
8. Serxio Peres (Force İndia)
9. Karlos Sayns (Renault)
10. Lens Stroll (Williams)
11. Sergey Sirotkin (Williams)
12. Fernando Alonso (McLaren)
13. Şarl Lekler (Sauber)
14. Niko Hülkenberq (Renault)
15. Kevin Maqnussen (Haas)
16. Stoffel Vandorn (McLaren)
17. Pyer Qasli (Toro Rosso)
18. Markus Eriksson (Sauber)
19. Brendon Hartli (Toro Rosso)
20. Romen Qrojan (Haas)
Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir.
12.18
Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.
Oxu.Az-ın xəbərinə görə, Bakıdakı mübarizə mövsümün dördüncü yarışı olacaq.
Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Azərbaycana yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Ferrari”nin alman pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb.
Hazırda yarışa liderlik edən Fettel “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda da birinci olub. O, həmçinin üçüncü sərbəst yürüşdə də rəqiblərini qabaqlayıb. İlk sərbəst yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas, ikincisində isə “Red Bull”un sürücüsü Daniel Rikkardo ən yaxşı nəticəni göstərib.
Bu gün saat 14:40 – 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:00 – 15:25-da açılış mərasimi olacaq. Azərbaycan Respublikasının Dövlət himni 15:56-da səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək. Yarışın start düzülüşü aşağıdakı kimi olacaq:
1. Sebastyan Fettel (Ferrari)
2. Lüis Hemilton (Mercedes)
3. Valtteri Bottas (Mercedes)
4. Daniel Rikkardo (Red Bull)
5. Maks Ferstappen (Red Bull)
6. Kimi Raykkonen (Ferrari)
7. Esteban Okon (Force İndia)
8. Serxio Peres (Force İndia)
9. Karlos Sayns (Renault)
10. Lens Stroll (Williams)
11. Sergey Sirotkin (Williams)
12. Fernando Alonso (McLaren)
13. Şarl Lekler (Sauber)
14. Niko Hülkenberq (Renault)
15. Kevin Maqnussen (Haas)
16. Stoffel Vandorn (McLaren)
17. Pyer Qasli (Toro Rosso)
18. Markus Eriksson (Sauber)
19. Brendon Hartli (Toro Rosso)
20. Romen Qrojan (Haas)
Pilotların sıralamasında ilk pillədə Sebastyan Fettel qərarlaşıb. Onun hesabında 54 xal var. “Üçlüy”ü “Mercedes”in pilotları qapayırlar. Ötənilki dünya çempionatının qalibi Lüis Hemilton 45 xalla ikincidir. O, komanda yoldaşı Valtteri Bottası 5 xal qabaqlayır. 2017-ci il Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo isə 37 xalla 4-cü sıradadır.Ümumilikdə, 6 pilot Bakıya hesabında xal olmadan gəlib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button