ArxivXəbər lentiXəbərlər

Dünyanın ən güclü 8 dövlətinin adı açıqlandı

The American Interest saytı 2017-ci ilin 8 super gücü başlıqlı bir hesabatda güclü ölkələri sıralayıb
Qafqaz.ir  bildirir ki, bu hesabata əsasən ABŞ, Çin və Yaponiya 1-dən 3-dək, Rusiya, Almaniya və Hindistan 4-dən 6-dək yerləri tuturlar və İran bu ölkələrdən sonra 7-ci yerdə durur. İsrail isə 8-ci yerdədir.

Keçən il sıralama belə idi ABŞ, Çin, Yaponiya, Almaniya, Rusiya, Hindistan, İran və Səudiyyə Ərəbistanı ikisidə 7-ci yerdə. lakin bu ilə görə Rusiya bir pillə qalxıb, Səudiyyə səkkizlikdən çıxıb, İran isə 7-ci yerdə möhkəmlənib. Siyahıya İsrail daxil olub. Deməli, dünyanın ən güclü ölkələri (burda bir çox amillər nəzərə alınır: ordu, nüfuz, iqtisadiyyat və s.) 1.ABŞ, 2.Çin və Yaponiya (ikisidə ikinci yer), 4.Rusiya, 5.Almaniya, 6. Hindistan, 7. İran, 8 İsrail.

Ümumi bu dövlətlərin siyahısına baxılarsa birinci yerdə ABŞ gəlir. ABŞ-ın siyahıda birinci gəlməsinin ən ümdə səbəblərindən biri stabil siyasi quruluşu və dinamik iqtisadi sistemidir. Bundan əlavə bu ölkə tamamilə təhlükəsiz olaraq həyat sürür və daxildə heç bir münaqişədən söhbət gedə bilməz. Bundan əlavə ABŞ-ın apardığı beynəlxalq siyasət də bu dövlətin möhkəmlənməsinə xidmət edir.

İkinci yerdə Çin gəlir. 2016-cı ildə öz statusunu dünyada möhkəmləndirən Çin artıq beynəlxalq arenada öz sözünü deyir. Şərqi Çin dənizində ağalığı, hətta ABŞ-ın pilotsuz hava nəqliyyatını ələ keçirəcək qədər qüvvətlənməsi artıq ABŞ-ı narahat edir. Filipində Dütertenin hakimiyyətə gəlməsi və onun antiamerika siyasəti onu göstərir ki, Çin artıq siyasi gedişlərə başlayıb.

Üçüncü yerdə Yaponiyadır. Yaponiya Sindzo Abenin bütün səyləri nəticəsində inkişaf etməkdədir. Tamamilə Çinlə əks mövqeydə olan bu dövlət digər Asiya ölkələri ilə ciddi əlaqələr saxlayır.

Dördüncü yerdə Rusiya gəlir. 2016-cı ildə Suriyada və Ukraynada etdiyi manevrlər və iqtisadi inkişafı ilə çox söz deyən Rusiya ona qarşı qoyulan sanksiyalara qarşı qüvvətli cavab verə bildi.

Beşinci yerdə Almaniya gəlir, halbuki bu keçən il belə deyildi. Artıq Almaniya inkişafa görə öz yerini Rusiyaya verməli olub. Son 100 ildə Rusiya kabusunu məhv edə bilməyən Almaniya artıq öz iqtisadi inkişafına görə bu ölkədən geridə qalır.

Altıncı yerdə Hindistan qərarlaşıb. Hindistan yeganə yerdir ki, dünyanın ən böyük rus dilli və ingilis dilli əhalisi orda məskunlaşıb. Demokratik ölkələrdən biridir. Həm iqtisadi, həm də geopolitik cəhətdən inkişafı ilə fəxr edə biləcək bir dövlətə çevrilib.

Yeddinci yerin sahibi isə İrandır. Bütün 2016-cı il ərzində Səud rejimi ilə Yaxın Şərqdəki mübarizədə təşəbüsü ələ alan İran artıq nəhəng dövlət kimi öz sözünü deyə bilir. İran artıq Yaxın Şərqdəki nəhəng nüfuzu və qələbələri ilə öyünə bilər.

Səkkizinci yerdə isə İsrail qərarlaşıb. İsrailin bu böyük səkkizliyə daxil olma səbəbi çoxdur. İlk növbədə ölkədə çoxlu neft-qaz yataqlarının aşkarlanması və İsrailin BMT-ni və beynəlxalq arenanı nəzərə almadan apardığı işğalçılıq siyasəti buna xidmət edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button