ArxivXəbər lentiXəbərlər

Azərbaycan və Rusiya rəsmiləri beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizini araşdırıblar

Azərbaycan Respublikasının iqtisadiyyat naziri və Rusiyanın Dəmir Yolları Şirkətinin rəis müavini Bakıda bir araya gələrək, beynəlxalq şimal-cənub nəqliyyat dəhlizinin önəminə və regional tranzitin genişləndirilməsinə təkid ediblər.

İRİB-nin məlumatına görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın Dəmir Yolları Şirkətinin rəis müavini Aleksandr Mişarin ilə görüşdə deyib: Beynəlxalq şimal-cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi ötən il ilə mqayisədə 100 dəfə artıb. 

Bu məlumata görə, bu önəmli beynəlxalq nəqliyyat dəhlizinin təkmilləşdirilməsi və İran, Azərbaycan və Rusiya dəmir yolları şəbəkələrinin bir-birinə qovuşması ilə Asiyanın cənub-şərqindən Fars körfəzi yolu ilə İrana daxil olan yükləri Azərbaycan və Rusiyaya oradan da Avropanın şimalına nəql etmək mümkün olacaq. 

Şimal-cənub nəqliyyat dəhlizinə dair anlaşma 2000-ci ildə Sankt Peterburq şəhərində İran, Hindistan və Rusiyanın nəzliyyat nazirləri tərəfindən imzalanıb. 

Beynəlxalq şimal-cənub nəqliyyat dəhlizi Asiya ilə Avropa arasına ən önəmli nəqliyyat marşrutu hesab olunur. Bu marşrut ənənəvi marşrutlar ilə müqayisədə məsafə və zaman baxımından 40% daha qısadır və yüklərin daşınması xərclərinin 30%-ə qədər azlamasına səbəb olur. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button