ArxivXəbər lentiXəbərlər

Bakıda İran rəssamlarının “Müharibə və sülh” mövzusunda sərgisi açılıb

Dekabrın 8-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində İran rəssamlarının “Müharibə və sülh” mövzusunda sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi ADRA və İran İslam Respublikasında fəaliyyət göstərən Sayed Amin Akhzarinin rəhbərlik etdiyi “Hoonam Art Academy”nin birgə təşəbbüsü ilə keçirilir.

İran rəssamlarının sərgisinin akademiyada açılmasını əlamətdar hadisə kimi dəyərləndirən ADRA-nın prorektoru, proferssor Fuad Salayev nümayiş etdirilən əsərlərin professional səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, sərgidə 55 rəssamın 70-dək qarışıq texnika, həmçinin portret, mənzərə və digər janrlarda əsərləri nümayiş olunur. Həmin əsərlərin mövzusunun müasir dövr üçün aktual olduğunu söyləyən prorektor rəssamları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Tədbirin təşəbbüskarı Sayed Amin Akhzari Azərbaycanda İran rəssamlarının sərgisinin açılmasının sevindirici hal olduğunu söyləyib. Bildirilib ki, sərginin əsas məqsədi Azərbaycan ilə İran arasındakı mədəni əlaqələri möhkəmləndirmək və daha da inkişaf etdirməkdir. Təqdim olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, onlarda insan və cəmiyyətin problemlərini, dünyada və insanın daxilində baş verən müharibə və qarşıdurmaları əks etdirən süjet xətti də yer alıb. Sərgi çərçivəsində iranlı aktyorların müharibə mövzusunda instalyasiya təqdim edəcəkləri bildirilib.

Sonra iştirakçılar İran rəssamlarının əsərləri ilə tanış olublar.

Sərgi dekabrın 13-dək davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button