ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası prezidenti: “Bakı Moskva ilə münasibətləri səmərəli və uğurlu inkişaf etdirmək niyyətindədir”

Azərbaycan Respublikası prezidenti: “Bakı Moskva ilə münasibətləri səmərəli və uğurlu inkişaf etdirmək niyyətindədir” APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti qeyd edib: “Bu müddət ərzində bizim nazir Moskvaya səfər edib, indi Siz buradasınız. Yəni, bu bizim münasibətlərin dinamik inkişafının göstəricisidir”. Biz ikitərəfli xarakterli bir çox məsələləri operativ və səmərəli şəkildə həll edirik, həmçinin beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, xüsusən də, hazırkı zamanda, dünyada və bizim regionda hər şeyin belə dəyişdiyi bir dövrdə mütəmadi məsləhətləşmələr aparırıq”, deyə prezident İlham Əliyev qeyd edib.

“Başqa sözlə, bu səfərlər ölkələrimiz arasında xeyli əvvəl formalaşmış və həyatımızın, demək olar ki, bütün – siyasi, iqtisadi, enerji, humanitar sahələrini əhatə edən strateji tərəfdaşlığın ən yaxşı göstəricisidir. Və biz ikitərəfli münasibətlərin səmərəli və uğurlu inkişafının davam etdirilməsində maraqlıyıq”, deyə prezident İlham Əliyev qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button