Azatutyun yazır ki, Ermənistan iqtidarı Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin məlum bəyanatından sonra hələ də Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini dilə gətirməyib, amma rəsmi İrəvan bu bəyanatı təkzib də etməyib.
Avropa Şurasının sədri ötən bazar Brüsseldə keçirilən danışıqlardan sonra bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün tanınmasına sadiqliklərini təsdiq ediblər.
Azatutyun yazır ki, 86 min 600 kvadrat kilometr Azərbaycan SSR-nin ərazisidir və bura Qarabağ da daxildir. Bununla belə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, danışıqlar Dağlıq Qarabağın hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması barədə aparılır.